Modern.az

Neymar Haiti ilə oyunda olmayacaq

Neymar Haiti ilə oyunda olmayacaq

İdman

Bu gün, 20:58

Braziliya millisinin hücumçusu Neymar DÇ-2026-nın II turunda Haiti ilə keçiriləcək oyunda iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə TMC məlumat yayıb.

Mənbənin məlumatına görə, 34 yaşlı futbolçu qarşılaşma üçün komanda ilə birlikdə səfərə yollanmayacaq. Neymar Dünya çempionatının başlamasına az qalmış aldığı baldır zədəsindən sonra bərpa prosesini Nyu-Cersidə davam etdirəcək.

Braziliya yığması turnirin ilk turunda Mərakeşlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Braziliya - Haiti matçı iyunun 20-də Bakı vaxtı ilə saat 04:30-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV