Modern.az

Mingəçevirdə 59 yaşlı kişi restoranda öldü

Mingəçevirdə 59 yaşlı kişi restoranda öldü

Hadisə

19 İyun 2026, 01:55

Mingəçevirdə restoranda kişi ölüb.

Modern.az xəbər verir ki, hadisə Ş.İ.Xətai küçəsində yerləşən iaşə obyektində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü şəhər sakini Asəm Məmmədov masa arxasında olarkən vəfat edib.

İlkin müayinə zamanı onun ürək çatışmazlığından öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir