Modern.az

Bu məşhurların narkotik testi müsbət çıxdı

Bu məşhurların narkotik testi müsbət çıxdı

Dünya

18 İyun 2026, 23:04

Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində daha əvvəl saxlanılmış Kənan Doğulu və Enis Arıkan da daxil olmaqla səkkiz nəfərin narkotik testlərinin nəticələri müsbət çıxıb.

Modern.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı istintaq çərçivəsində Məhkəmə Tibb Ekspertizası İdarəsində qan, saç və sidik nümunələri təqdim edən Ali Efe Bezci, Berdan Mardini, Enis Arıkan, Kənan Doğulu, Oğuzhan Beker, Ozan Doğulu, Tolga Çam və Yaşar İpekin test nəticələrinin müsbət olduğu bildirilib.

Məlumata görə, sözügedən şəxslərə qarşı "istifadə məqsədilə narkotik və ya psixotrop maddələrin saxlanılması" və "narkotik vasitələrdən istifadənin asanlaşdırılması" ittihamları irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV