Modern.az

Astarada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Astarada avtomobil dərəyə aşıb, ölən və yaralananlar var

Hadisə

19 İyun 2026, 00:22

Astara rayonunda ağır yol qəzası baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Təxtənəkəran-Hamuşam kənd yolunda baş verib.

Belə ki, rayonun Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində sürücü T. Eyvazov hadisə yerində keçinib.

Nəqliyyat vasitəsində olan 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-cı il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-cı il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan A.Rzayev dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Digərlərinin müalicəsi xəstəxananın təcili yardım şöbəsində davam etdirilir. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

(Report)

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada