Modern.az

Xamenei xalqa müraciət etdi

Xamenei xalqa müraciət etdi

Dünya

Bu gün, 22:04

İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə imzalanan memorandumla bağlı xalqa müraciət edib.

Modern.az xəbər verir ki, o, bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

"Mənim memorandumla bağlı başqa fikrim var idi. Lakin hörmətli Prezidentin, Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi, öz adından və Şura üzvlərinin adından İran xalqının və Müqavimət Cəbhəsinin hüquqlarını qorumaqla bağlı üzərinə götürdüyü öhdəliklə əlaqədar olaraq mən ona icazə verdim. Onlar bunun məsuliyyətini daşımağa hazır olduqlarını təsdiqləyiblər”, – Xamenei qeyd edib.

Ali rəhbər həmçinin İran və ABŞ prezidentləri arasında sazişin artıq imzalandığını bildirib:

"Bu mərhələyə çatmaq üçün İran rəsmiləri ciddi səylər göstəriblər. Tramp çarəsizlikdən buna nail olmaq üçün müxtəlif təzyiq vasitələrinə əl atırdı".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV