Modern.az

Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə olundu 

Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə olundu 

İqtisadiyyat

Bu gün, 19:28

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirinin müavini, İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) prezidenti Mehdi Heydəri ilə görüşdük. Ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin biznes əlaqələrinin daha da gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük", - paylaşımda qeyd edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Zəngəzur dəhlizinə TURAN deyildi -Ermənistanda ara qarışdı -Xəbəriniz Var? - Media Turk TV