Modern.az

Tahir Kərimlinin partiyasında DƏYİŞİKLİK

Tahir Kərimlinin partiyasında DƏYİŞİKLİK

Aktual

23 İyun 2016, 15:11

Vəhdət Partiyasının IV Qurultayından sonra ikinci redaksiyada qəbul edilmiş Nizamnaməyə müvafiq olaraq Vəhdət Partiyasının Baş Məclisi keçirilib.

 

Modern.az xəbər verir ki, Baş Məclis 22 Yanvar 2016-cı il tarixdə təsdiq olunmuş Partiyanın büdcə və ştat cədvəlində dəyişikliklər edib.

 

Siyasi Şura və Sədr Aparatının tərkibi təsdiq olunub.

 

Partiyanın rəhbər strukturunun tərkibi aşağıdakı kimi olub:

 

Partiyanın və Siyasi Şuranın sədri Tahir Kərimli.

 

Partiya sədrinin birinci müavini və Sədr Aparatının rəhbəri Abdulvahab Manafov.

 

Baş Məclisin sədri Şəfiq Pənahi.

 

MNTK-nın sədri Etibar Səmədov, üzvləri Habil Abdullayev, Habil Hümbətov, Zaur Kərimli, Hacıbaba Vahabov, Qərinə Babayeva, Akif Şahverdiyev.

 

Sədrin ideoloji işlər üzrə müavini Şahlar Məmmədov,

 

Təşkilati Məsələlər üzrə müavini Fəxrəddin Kərimli,

 

Ümumi məsələlər üzrə müavini Meybulla Meybullayev.

 

Sədrin müşavirləri; Səftər Baxşıyev və İntiqam Həsənov.

 

Mətbuat Xidmətinin rəhbəri Coşqun Kürçaylı.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok