Modern.az

Qarabağdakı separatçıların rəhbərliyində yeni təyinat

Qarabağdakı separatçıların rəhbərliyində yeni təyinat

4 Noyabr 2016, 13:40

Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyində kadr dəyişikliyi olub.

Modern.az saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, separatçı rejimin “deputatı” Vitali Balasanyana yeni vəzifə verilib. Belə ki o, Dağlıq Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurası”nın “katibi” təyin edilib.

Balasanyan Ermənistanın “News.am” saytına açıqlamasında yeni vəzifəsini şərh edərkən deyib:

 "Yaxın vaxtlarda Yerevana gedəcəyəm, jurnalistlərlə görüşüb, ictimaiyyəti maraqlandıran  məsələlərə cavab verəcəyəm".

 Xatırladaq ki, Dağlıq Qarabağdakı separatçı rejimin “prezidenti” Bako Saakyan noyabrın 3-də “deputat Vitali Balasanyanı qonradma qurumun “təhlükəsizlik şurası”nın “katibi” təyin edib.

Balasanyan Qarabağdakı müharibənin əsas iştirakçılarından biridir və azərbaycanlılara qarşı qəddar münasibətilə fərqlənir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub