Modern.az

İki prokurorluq əməkdaşı hakim təyin edildi

İki prokurorluq əməkdaşı hakim təyin edildi

Ölkə

Bu gün, 10:21

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşları ilə görüş keçirilib.

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hakimlik vəzifələrinə seçilmələri ilə əlaqədar keçirilmiş müsabiqədə uğur qazanan 2 nəfər prokurorluq işçisi Prezidentin 10 oktyabr 2026-cı il tarixli sərəncamı ilə birinci instansiya məhkəmələrinin hakimləri təyin olunublar.

Sərəncama əsasən Bakı şəhəri Xəzər rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas İslamzadə Vüqar Səyyar oğlu Tovuz Rayon Məhkəməsinin hakimi və Qax rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas Əhmədli Səxavət Böyükağa oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifələrinə təyin ediliblər.

Bu münasibətlə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun rəhbərliyi ilə 12 oktyabr 2026-cı il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.

Tədbir zamanı Elçin Məmmədov yeni təyin edilmiş hakimləri təbrik edib prokurorluq orqanlarında göstərdikləri səmərəli fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə və insan hüquqlarının müdafiəsi sahəsindəki xidmətlərini yüksək qiymətləndirib. O, Baş prokuror Kamran Əliyev tərəfindən imzalanmış Prokurorluğun Fəxri Fərmanlarını təqdim edərək onlara yeni vəzifələrində uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Bakıda kütləvi həbslər: Tutulanların sayı 200-ü keçib