Arxiv
18 Fevral 2017, 09:05 | FOTOSÖHBƏT
General Məhəmməd Əsədovla gecikmiş FOTOSÖHBƏT

Məhəmməd Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, Baharlı kəndində dördüncü sinfi bitirəndən sonra təhsilini Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən orta məktəbdə davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib, həmin ildə Bakı Statistika Texnikumuna daxil olub. 1960-cı ildə həmin texnikumu müvəffəqiyyətlə başa vurub və Zəngilan rayonunda inspektor vəzifəsində çalışıb. 1961-ci ildə ordu sıralarına çağırılıb və 1964-cü ilə qədər orduda xidmət edib. 1964-cü ildə ordu sıralarından tərxis olunduqdan sonra Sumqayıt şəhərində 1 saylı trestdə betonçu işləyib.
1965-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olub. 1965-ci ildə 2 saylı trestdə mühasib işləyib, 1967-1968-ci illərdə Plan şöbəsinin müdiri vəzifəsində çalışıb.
1968-ci ildə Sumqayıt Şəhər Partiya Komitəsinin Sənaye şöbəsinə təlimatçı vəzifəsinə irəli çəkilib.

Xalq Təsərrüfatı İnstitutu yarandıqdan və “Maliyyə və kredit” fakültəsi bu instituta verildiyindən Məhəmməd Əsədov 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “Maliyyə və kredit” ixtisası üzrə tam kursunu bitirib. 1973-1975-ci illərdə onu Sumqayıt Şəhər Partiya Komitəsində sənaye şöbəsinin müdiri, 1975-1978-ci illərdə isə Təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin ediblər.
1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilib. 1980-ci ilə qədər Ağsu rayonunda fəaliyyət göstərib. Yaxşı işi qiymətləndirilib və Məhəmməd Əsədov Moskva Təhlükəsizlik Akademiyasına göndərilib. 1982-ci ildə akademiyanı qırmızı diplomla başa vurub. Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb.
1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib.
1986-1988-ci illərdə Mərkəzi Komitədə inzibati orqanlar şöbəsinə müdirlik edib. 1988-1989-cu illərdə Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. 1989-1990-cı illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi olub.
 

Məhəmməd Əsədov 1990-cı ilin may ayında Azərbaycan Respublikasının daxili İşlər naziri vəzifəsinə təyin edilib. Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya – SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. O, tez bir zamanda Xüsusi Təyinatlı Milis Dəstəsini yaradır. Məhəmməd Əsədov Xocalı hava limanında ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. 1990-cı il noyabr ayının 5-də Məhəmməd Əsədova general-mayor rütbəsi verilir. 1991-ci ilin noyabr ayına qədər daxili işlər naziri vəzifəsində çalışır.

Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin olunur.

Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Məhəmməd Əsədov da var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Məhəmməd Əsədov Şəhidlər xiyabanında dəfn edilib.



Məhəmməd Əsədov əsgərlikdə (1962-ci il).

Məhəmməd Əsədov dostları ilə birlikdə Şəkidə istirahətdə olarkən. (Şəki, 1966)

Şəkidə pambıqçılıq sahəsində ( Şəki, 1966)

Bu şəkil 1968-1969-cu ildə çəkilib.

Doğma kəndi Baharlıda. Gəncliyindən qalan şəkillərdən biri..

Sumqayıtda rəhbər vəzifədə...

Ağsu rayonunda keçirilən məhsul bayramında (1978-1980-ci illər)...

Məhəmməd Əsədov Moskvada (1981-ci il).

Məhəmməd Əsədovun əsgərlik dostu Rəhman Quliyevin Beyləqana onu görməyə gələndə çəkilən fotosu (1984-cü il).

Məhəmməd Əsədov ailəsi ilə birlikdə (1986-cı il).

Məhəmməd Əsədov –soldan dördüncü(1986-cı il)

Özbəkistanın pambıqçılıq naziri Ağsuya gəlib ...

Məhəmməd Əsədov xaricdən gələn jurnalistlərin suallarını cavablandırır.

Qurultay...

Daxili işlər naziri olarkən (1991-ci il).

Məhəmməd Əsədov partiya toplantısında-soldan birinci.

Məhəmməd Əsədov Moskvada qurultayda-stulda əyləşib.



Qurultay nümayəndəsi kimi...

Məhəmməd Əsədov Ağdaşda çıxışı zamanı.

Məhəmməd Əsədov iş başında.

Kəlbəcərdə olarkən. Polis əməkdaşlarına göstəriş verir...

Kəlbəcərdə (1990-1991-ci illər).

 Məhəmməd Əsədov Moskvada keçirilən XXVII qurultayda.

Sumqayətda veteranlarla görüş...

Məhəmməd Əsədov Kremldə qurultayda.

Məhəmməd Əsədov daxili işlər naziri olarkən...

Məhəmməd Əsədov Kəlbəcərdə (1990-1991-ci illər)

İşlə bağlı Moskvada olarkən.

Xaricdən gələn qonaqlarla Lənkəranda...



Mirmahmud KAZIMOĞLU

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentdən Qarabağda vuruşmaq istəyənlərə TÖVSİYƏ 15 İyul 2020, 22:12 “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz” - Ali Baş Komandan 15 İyul 2020, 21:52 Ölkə başçısı dünənki yürüşdən danışdı - Mən bu vətənpərvər addımı alqışlayıram 15 İyul 2020, 21:46 Təxribatın qarşısı qətiyyətlə alındı 15 İyul 2020, 21:41 Prezident şəhid ailələri ilə telefon söhbətindən DANIŞDI 15 İyul 2020, 21:34 “Ermənistan ordusu layiqli cavabını aldı” - İlham Əliyev 15 İyul 2020, 21:27 Prezident Elmar Məmmədyarovu tənqid etdi -  Mən Xarici İşlər  nazirini tapa bilmədim 15 İyul 2020, 21:18 Generalın ölümü... 15 İyul 2020, 21:10 Bakı Dövlət Universitetinin müəllimi vəfat etdi - FOTO 15 İyul 2020, 21:03 Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilər artilleriyadan atəş açıb 15 İyul 2020, 20:57 Moskvada Azərbaycana dəstək aksiyası oldu 15 İyul 2020, 20:43 “Heç bir təxribatçı qüvvə bu birliyi poza bilməyəcək” - Müşfiq Məmmədli 15 İyul 2020, 20:30 Lənkəranda yürüş keçiriləcəyi ilə bağlı məlumat yayanlar saxlanılıb 15 İyul 2020, 20:15 “Ordumuzun bu şücaəti xalqımızın döyüş ruhunu daha da gücləndirir” - Deputat 15 İyul 2020, 20:01 Çindən Türkiyəyə konteyner qatarları daha tez çatmağa başlayıb 15 İyul 2020, 19:20 “Ordu barədə təxribatçı məlumat yayan şəxs axtarışa verilsin” - TƏKLİF 15 İyul 2020, 19:08 Tahir Mirkişili: “Milli maraqlar naminə həmrəylik Azərbaycan dövlətçiliyinin ən böyük uğurlarından biridir” 15 İyul 2020, 18:54 Paşinyan Rusiyaya qarşı "ABŞ markalı maşınını" işə saldı 15 İyul 2020, 18:45 Deputat: “Ermənistan rəhbərliyi hətta öz mülki vətəndaşlarına “hədəf əti” kimi yanaşır” 15 İyul 2020, 18:40 Milli Məclis binasına dəyən zərərin məbləği AÇIQLANIB 15 İyul 2020, 18:33 Baş nazir QƏRARINA dəyişiklik etdi 15 İyul 2020, 18:28 Xanım deputatlar şəhid generalın ailəsində olublar 15 İyul 2020, 18:22 Tovuzun Dondar Quşçu kəndində partlamamış top mərmisi tapıldı 15 İyul 2020, 18:16 Rəşad Sadıqov "Qarabağ"dan ayrıldı 15 İyul 2020, 18:10 Səttar Möhbalıyev AHİK-in İcraiyyə Komitəsinin onlayn iclasını çağırdı 15 İyul 2020, 18:05 Dolların sabahkı məzənnəsi açıqlandı 15 İyul 2020, 18:00 Azərbaycan Prezidentinin köməkçisi erməni naziri debatda ifşa etdi - VİDEO 15 İyul 2020, 17:54 Kriminal avtoriteti öldürən şəxs həbs edildi 15 İyul 2020, 17:48 Kimlər MİQ imtahanında iştirak edə bilməyəcək - rəsmi açıqlama 15 İyul 2020, 17:42 Qəbələyə dolu düşüb - FAKTİKİ HAVA 15 İyul 2020, 17:36 Tovuzda ermənilərin öldürdüyü mülki şəxsə görə CİNAYƏT İŞİ açıldı 15 İyul 2020, 17:30 Müəllimlərin işə qəbulu imtahanları bu tarixdə keçiriləcək 15 İyul 2020, 17:25 Komitə sədri: “Parlamentə dünənki hücum arxadan vurulan xəyanətkar zərbəsi idi” 15 İyul 2020, 17:20 “Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli 15 İyul 2020, 17:15 Tovuzda jurnalistlərin və deputatların olduğu əraziyə atəş açıldı 15 İyul 2020, 17:10