Arxiv
11 Aprel 2011, 10:00 | FOTOSÖHBƏT
Şair Fikrət Qoca ilə fotosöhbət

Fikrət Göyüş oğlu Qocayev (Qoca) 25 avqust 1935-ci ildə Ağdaş rayonun Kotanarx kəndində anadan olub.

1964-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1956-cı ildən mətbuatda çap olunur. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında fəaliyyət göstərib. Azərbaycan Respublikası əməkdar incəsənət xadimi (1978). 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan Respublikası xalq şairidir (1999). “Qağayı” (1963), “Hamıya borcluyam” (1965), “Dənizdə ay çiməndə” (1967), “Yatmadağım gecələrdə” (1970), “Günlərin bir günü” (1972), “Gül ömrü” (1975), “İnsan xasiyyəti” (1980) və s. şeir və poema toplularında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr əksini tapıb. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto (Çe) Gevara (“Ünvansız məktublar”), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi A.Kabral (“Amilkar Kabral”), Filippinin milli qəhrəmanı X.Risal (“Xose Risal”), vyetnamlı gənc (“Li Vi Tom”) və b. haqqında poemalar yazıb. 1990-cı illərdə yazdığı “Oddan keçənlər”, “İnsan səviyyəsi”, “Adi həqiqətlər” və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Nəsr əsərləri də yazıb. “Ölüm ayrılıq deyil” (1990), “Hələlik, - qiyamətədək” (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb. M.Lermontov, T.Şevçenko, E.Mejelaytis, İ.Volker, X.Risal, İ.Tauferdən tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub. Şeirlərinə musiqi bəstələnib (“Anacan dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s.).

Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunub (1995).

 

 

Atam Göyüş Qocayev, anam Xara xanım və mən. 

 

Bu şəkli 1973-ci ildə həyat yoldaşım Raya xanımla çəkdirmişəm. 

 

Aşağıdan soldakı atam Göyüş həkim, sağdakı anam Xara xanımdır, məni yəqin tanıyırsınız, o birilər bacı və qardaşlarımdır.

1964-cü il. Qucağımdakı oğlum Yalçındır.

 

Moskvadayıq, yanımızdakı qızlarım Gülay və Günaydır.

 

Ovçu elə ovçudur hər yaşında.

Yazıçı Anar, xalq şairi Bəxtiyar Vahabzadə və Vaqif Nəsirova birlikdə. Onda hələ yaşlanmamışdıq.

1977-ci il. Tələbələrin gənc şairlərlə ildə bir dəfə keçirilən toplantısının qonağı mən idim. Ortada dayanmışam.

Türkiyəli müğənni Emel Sayınla bir yerdə..

Sovet ədəbiyyatı günləri...

 

Balkondan dənizə baxıram....necə də maraqlı mənzərə idi. 

Sərginin açılışında dostlarla birlikdə...

 

Hindistandayıq, yazıçı Əzizə Cəfərzadə ilə birlikdə...

Əfqanıstan 1984-cü il. Solda əfqan ədib Bəbrək Karmalın xanımı Fatma xanım, sağda Lumumba Universitetinin professoru xanım Puxova. 

 

Mingəçevrdə həyat yoldaşımla birlikdə...

 

Üç ağdaşlı bir yerdə...

Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin məsləhətlərinə hər zaman ehtiyac vardı...

 

Qızım Günayla...

Anam Xara xanım... O da qocalıb, mən də yaşlaşmışam...

 

Oğlum, kürəkənim və mən... 

 

İstəkli qızım Gülayla birlikdə. 

 

Nəvələrlə bir yerdə olmaqdan yorulmuram, doymuram... 

 

Ruhangiz Qasımova ilə çəkdirmişəm.

 

Yazıçı Fikrət Sadıq və qızım Günayla. 

 

Dövlətdə dəvə, övladda nəvə... Hamısı nəvələrimdi.

Yazıçıların XI qurultayı ərəfəsində Prezident İlham Əliyevin Yazıçılar Birliyinin rəhbərləri ilə görüşü. Arif Əmrahoğlu, mən, Anar, Çingiz Abdullayev, Fatma Abdullazadə Prezidentlə şəkil çəkdirdik.

Laçınlı məcburi köçkün şagirdlərlə görüşə getmişik.

Dostlar yığışmışıq bir yerə. Görüş yerini dəyişmək olmaz...

Həyat yoldaşım Raya xanımla... 

Şair Qulu Ağsəsin kitabının təqdimatına yığışmışıq.

Ailə üzvlərim: xanımım, oğlum, gəlinim, nəvələrim....

İş masası arxasında...

Ürəyimdə bir şeir fırlanır. Deyir: məni yaz. Deyirəm: olmaz!

Böyük Fikrət Qoca və balaca Fikrət Qoca...

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00
SORĞU Yeni parlamentdə kimlər olsun?