Arxiv
26 Noyabr 2009, 16:54 | MEDİA
Jurnalistlər dövlət orqanlarından informasiyanı necə ala bilirlər?

Zərdabi Mətbuat Mərkəzi (ZMM) noyabrın 26-da «Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları» mövzusunda dəyirmi masa keçirib.

Modern.az xəbər verir ki, tədbirdə ZMM-in layihə çərçivəsində apardığı sorğunun birinci istiqaməti üzrə nəticələr açıqlanıb. Ümumilikdə sorğudan məqsəd Azərbaycanda ilk mənbədən informasiya əldə etmək sahəsindəki vəziyyətlə yaxından tanışlıq, bu sahədəki dinamikanı və tendensiyanı izləməkdir.

Sorğu iki istiqamətdə aparılır. Birinci istiqamət üzrə KİV-lərin ilk mənbə ilə bağlı məsələlərə münasibəti, ikincidə isə dövlət qurumlarının, idarə müəssisə və təşkilatların yaydıqları informasiyaların KİV-də işıqlandırılması səviyyəsi ilə əlaədar onların fikirləri öyrənilir. Bu zaman informasiya daşıyıcılarının KİV-də işıqlandırılmanın hansı məqamlarından razı və yaxud narazı qaldıqları ortaya çıxarılır.

 Birinci mərhələdə 100 respondent arasında sorğu keçirilib. Sorğudakı 31 gündəlik, 23 həftəlik qəzet, 21 agentlik, 14 elektron KİV, 11 bölgə mətbuatı iştirak edib. Sorğu zamanı respondentlərə ümumilikdə problemlə bağlı 9 istiqamət üzrə suallar ünvanlanıb. Rəyi soruşulanların müvafiq məsələlərə dair fikirlərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə ballarından istifadə olunub.

Sorğunun nəticələrinə əsasən, jurnalistlərə ən açıq dövlət qurumları Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi, Milli Məclis olub. Jurnalistlərin suallarına cavab verməyən qurumlar “Azərikimya” İstehsalat Birliyi, Müdafiə Sənayesi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Respublika Hərbi Komissarlığıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qonşu ölkədə koronavirusa yoluxanların sayı 809-a çatdı 7 İyun 2020, 10:34 Bu ölkədə bir gündə 904 nəfər pandemiyanın qurbanı oldu 7 İyun 2020, 10:28 Qazaxda 10 yaşlı qızı avtomobil vurdu 7 İyun 2020, 10:18 Son bir gündə 1 168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi 7 İyun 2020, 10:08 Fransada irqçiliyə qarşı aksiyaya 23 min insan qatıldı  7 İyun 2020, 10:02 Qırğızıstanda koronavirusa yoluxanların sayı 2 min nəfəri keçdi 7 İyun 2020, 09:58 Qarabağ cəbhəsində gərginlik - snayperlər işə düşdü  7 İyun 2020, 09:50 Azərbaycanda koronavirusla bağlı SON DİNAMİKA-Bakıda yoluxma artıb - FOTO 7 İyun 2020, 09:42 Ailəsi erməni roluna çəkilməsinin əleyhinə olub - Mənfi tiplərin mahir ifaçısı - MƏLİK DADAŞOV 7 İyun 2020, 09:40 Bakının yolları xüsusi kimyəvi maddələrlə yenidən yuyulur 7 İyun 2020, 09:31 Ermənistanın təzə yalanının köhnə sirri - Qazaxdan bu ölkənin böyük bir hissəsinə nəzarət edilirmiş 7 İyun 2020, 09:23 Bir millətin iki diasporu ola bilməz – Azərbaycan və Türkiyə diasporunun Yol xəritəsi 7 İyun 2020, 09:12 Koronavirusa yoluxmuş tibb bacısı müalicədən imtina etdi 7 İyun 2020, 09:05 Dünyada koronavirusdan ölənlərin sayı 400 mini keçib 7 İyun 2020, 08:59 Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17