Modern.az

Samvel Karapetyanın ev dustaqlığı 2 ay da uzadıldı

Samvel Karapetyanın ev dustaqlığı 2 ay da uzadıldı

Dünya

18 Sentyabr 2026, 09:20

Ermənistanda “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanın barəsində seçilmiş ev dustaqlığı müddəti daha iki ay uzadılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Məhkəməsində keçirilən və yeddi saatdan çox davam edən məhkəmə iclasında qərar qəbul edilib.

Bundan əvvəl prokuror Samvel Karapetyanın ev dustaqlığında saxlanılma müddətinin daha üç ay uzadılmasını istəyib. Müdafiə tərəfi isə bu qətimkan tədbirinin ləğv edilməsini tələb edib.

Qeyd edək ki, Samvel Karapetyan artıq 450 gündür azadlıqdan məhrum edilib. O, əvvəlcə həbsdə saxlanılıb, daha sonra barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!