Modern.az

Həsən Şaş saxlanıldı

Həsən Şaş saxlanıldı

Dünya

Bu gün, 09:40

Türkiyədə 18 nəfər polis saxlanılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, narkotik istifadəsi ilə bağlı araşdırma çərçivəsində 18 şübhəli barəsində saxlanılma qərarı verilib.

Saxlanılan şəxslər arasında aktyor, müğənni və sosial media fenomenlərinin də olduğu bildirilib. Aralarında Aras Bulut İynemli, Sefo (Seyfullah Sağır), Melis Sezen, Nilperi Şahinkaya, Hande Demir, Hasan Şaş, Melis İşiten, Yeliz Yeşilçimen, Anıl Durmuş, Hazal Filiz Küçükköse, Volkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır və Sayat Zurnacının olduğu öyrənilib.

İstintaqın narkotik vasitələrdən istifadənin asanlaşdırılması və bu məqsədlə yer təmin edilməsi iddiaları üzrə aparıldığı qeyd olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla savaşa hazır olun! - Almaniyada əhaliyə ŞOK XƏBƏRDARLIQ