Modern.az

Azərbaycanda avtomobillə yükdaşımaya nəzarət sərtləşdiriləcək

Azərbaycanda avtomobillə yükdaşımaya nəzarət sərtləşdiriləcək

10 Dekabr 2009, 16:20

Gələn ilin yanvar ayından Azərbaycanda avtomobil nəqliyyatı vasitəsilə yükdaşımaya nəzarət gücləndiriləcək. Bununla bağlı ictimai məlumatlandırma kampaniyasına start verilib. Qaydalara əməl etməyənlərə qarşı ciddi tədbirlər görülməsi nəzərdə tutulub. Modern.az bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Yeni qaydalara əsasən, yüklərin daşınmaya qəbulu, yüklərin plomblanması, əmtəə-nəqliyyat qaiməsinin tərtib edilməsi, heyvanların və quşların, tezkorlanan yüklərin daşınması qaydaları, həmçinin alkoqollu və alkoqolsuz içkilərin, çörək və çörək-bulka məmulatlarının, unlu-kremli qənnadı məmulatlarının, tikinti, taxta-şalban və şüşə materiallarının daşınması qaydalarına riayət etməyən, eyni zamanda avtomobili normativdən artıq yükləyən sürücülərə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

"Məlumat üçün  deyək ki, əmtəə-nəqliyyat qaimələrini doldurmaqda çətinlik çəkənlər «Azərnəqliyyatekspedisiya» Birliyinə müraciət edə bilərlər. Normativlərə riayət etməyən avtomobillər saxlanacaq, akt tərtib edilərək fotocədvəl hazırlanacaq.
Bundan sonra müvafiq qurumlara müraciət ediləcək və sürücü, avtomobil sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görüləcək. Nəqliyyat Nazirliyi, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər dövlət orqanları  yüklərin daşıma qaydalarına uyğun, təyin edilmiş standartlara cavab verən taralarda olub-olmamasına, temperatura, mal-qaranın, meyvə-tərəvəzin, quşların, tikinti materiallarının, çörəyin hansı şəraitdə daşınmasına qədər bütün detallara nəzarət edəcək
"-deyə Nəqliyyat Nazirliyindən verilən məlumatda bildirilib..


 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir