Arxiv
4 Yanvar 2019, 12:10 | FOTOSÖHBƏT
Əməkdar jurnalist Əli İldırımoğlu ilə FOTOSÖHBƏT

Modern.az saytı nasir, publisist və əməkdar jurnalist Əli İldırımoğlu ilə FOTOSÖHBƏT layihəsini təqdim edir. 

 

Əli İldırımoğlu (Məmişov) 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olub. O, orta məktəbin VIII sinifdə oxuyarkən 1941-1945-ci illəri əhatə edən Böyük Vətən Müharibəsi başlayır. VIII-IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırıb. Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirilən X sinfə keçirir. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçir və həmin orta məktəbi müvəffəqiyyətlə bitirir.

Müharibənin gedişi ilə əlaqədar olaraq, həmin illərdə kəndlərdə müəllim qıtlığı yaranır. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilib. Kursu bitirdikdən sonra 1941-1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayır. Ə.İldırımoğlu 1946-cı ilə qədər Qubadlının Xıdırlı, Novlu, Xəndək kəndlərində ibtidai, Teymurmüskanlı kəndində yeddiillik məktəbdə müəllim işləyib.

1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan, Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərən Ə. İldırımoğlu qəzetdə qeyri-normal mühit yarandığından öz təşəbbüsü ilə "Həyat" qəzetinə işə keçib. İl yarım həmin mətbu orqanda (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) eyni vəzifədə işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxıb.

Müsahibimiz yüzlərlə oçerk, felyeton, hekayə və povestdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər", "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət", "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.

"Zorən jurnalist" romanının birinci hissəsi ("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib, böyük tirajla nəşr olunub. "Mənim rəncbər atam" romanı isə İranda ərəb əlifbası ilə nəşr olunub.

Qocaman jurnalist beş övlad atasıdır. Oğlanlarından Yusif İldırımzadə hüquqşünasdır, həm də elmlər namizədidir. Yunis İldırımzadə "Əmrahbank"ın prezidentidir. Rasim İldırımzadə polis əməkdaşıdır, polkovnikdir. Nazim İldırımzadə isə həkimdir. Qızı Səadət İldırımzadə filologiya elmləri namizədidir. Həyat yoldaşı Şəfiqə xanım Müəllimlər İnstitutunu bitirib, dünyasını dəyişib.
 

Atam, İldırım Məmişov. Mənim atam sadə kəndli olub. Onun haqqında xatirələrimdən bəhs edən “Mənim rəncbər atam” adlı kitab da yazmışam. 

Bu isə anamdır. Mən onu çox kiçik yaşlarımda itirmişəm. 

Atam və kənddəki qohumlarımızla bir yerdəyəm. Bu şəkil Qubadlı rayonu, Əliquluuşağı kəndində yerləşən evimizdə çəkilib. Tarixi yadımda deyil. 

Bu da çox uzun illərin şəklidir. Əliquluuşağı kəndində yerləşən evimizdə çəkilib. Əmim oğlu, onun həyat yoldaşı və digər qohumlarımızla birlikdə yığılmışdıq. Mən kəndə gedəndə həmişə dostlar, qohumlarla belə şən yığıncaqlarımız olurdu. Şəklin neçənci ildə çəkildiyi yadımda deyil, amma bilirəm ki, atam da yaşayırdı. 

Həyat yoldaşımla birlikdəyəm. Soldakı şəkil evlənəndən bir il sonra çəkilib. Sağdakı isə keçən əsrin sonları olmalıdır. 

Bu, qızım Səadətdir. Xadırladım ki, mənim beş övladım var – 4 oğul, bir qız atasıyam. Mən övladlarıma qarşı çox tələbkar və sərt olmuşam. Hamısı yüksək təhsil alıblar, vəzifəlidirlər. 

Qızım və oğlumla birlikdə... 

Təxminən 1958-60-cı illərdə Naxçıvanda yeni televiziya qülləsi tikilmişdi. Mən orada yaşadığımız evimizin balkonunda dayanıb, həmin qülləyə tamaşa edirdim. Təsadüfən çəkilib. İkinci şəkildə yanımda dayanan isə oğlum Rasimdir. 

1967-ci ildə Yessentuki şəhərində çəkilib. Sovet dövründə tez-tez "putyovka" alırdıq. İldə ən azı bir dəfə Yessentukidə yerləşən sanatoriyaya gedirdim. Həm bu şəhərin özünü, həm də sanatoriyanı çox sevirdim. 

Təxminən 30 il bundan əvvəlin şəkli olar. Yessentukidə sanatoriyada çəkilib. Digər şəkildə isə həmin sanatoriyanın yeməkxanasından çıxıb, pilləkanlardan aşağı düşürdük. 

Qubadlıda çəkilib. Solumda dayanan Qubadlının birinci katibi Kamal Ağayevdir. O sonralar Cəbrayıl rayonunun birinci katibi vəzifəsində çalışıb.  

Qubadlı rayonunun birinci katibi Zöhrab Mamedovla rayonumuzdayıq. Bulaq başında əyləşib, su içə-içə söhbət edirdik. 

Dostum, Bakı şəhər prokuroru Şükür Rzayevlə. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin atasıdır. Rəhmətə gedib. 

Bu şəkil mənim Ağdamdakı kabinetimdə çəkilib. 1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər "Kommunist" qəzetinin xüsusi müxbiri kimi müxtəlif bölgələrdə - o cümlədən Ağdamda çalışmışam. Toplasaq, 17 il Ağdamda yaşamışam. 

Prokuror dostum Abbas Əliyevlə. 

 

Lap çoxdan çəkilmiş şəkildir. Səhv etmirəmsə, Naxçıvan, Xalxal kəndi ərazisində çəkilib. Şair dostlarımızla istirahətə getmişdik. Soldan Əliağa Kürçaylı, mən, Adil Babayev, aşağı oturan isə İslam Səfərlidir. 

Bu şəkil də sanatoriyada çəkilib. Təxminən 1980-ci illərin əvvəlləri olmalıdır. 

Bu şəkil Quba rayonunda çəkilib. 1993-1994-cü illərə təsadüf edir. Yanımda dayanan isə Qubanın o zamankı icra başçısıdır. 

Quba rayonudur. Təxmini 1980-ci illərin əvvəli olmalıdır. Soldan birinci Sadıq Səlimov, mən, jurnalist – adını xatırlamıram və Heydər Əliyevin böyük qardaşı Hüseyn Əliyev. Bildiyiniz kimi, Hüseyn Əliyevin nəvəsi Ədalət Əliyev hazırda Lider TV-nin rəhbəridir.   

Soldan birinci mən, Arif Rəhimzadə, Bayram Bayramov, Süleyman Ələsgərov. Arif Rəhimzadə əvvəllər Qubanın birinci katibi idi. O dövrdən indiyə kimi Heydər Əliyevi ən çox müdafiə edənlərdən biridir. 

Güman edirəm ki, bu şəkil mənim doğum günü tədbirlərimin birində çəkilib. Sağ tərəfimdə əyləşən Süleyman Ələsgərovdur. Biz onunla çoxdanın dostu idik. 

Soldan başlaya: mən, Süleyman Ələsgərov, Bayram Bayramov və İman Abdullayev. Onların hər biri mənim yaxın dostlarım olublar. 

Oğlum Yusif və həyat yoldaşım Şəfiqə. Həyat yoldaşım müəllim idi. O, dünyasını dəyişib.   

Bu şəkil deyəsən, hansısa ad günündə çəkilib. Nəvələrimdir. Onu da deyim ki, mənim 13 nəvəm, 9 nəticəm var.  

Nəvələrimlə birlikdə... Bu şəkil bəlkə də 20 il əvvəl çəkilib. Sol tərəfimdə dayanan nəvəm artıq ailə qurub, övladları da var. Sağımdakı oğlan nəvəm isə hazırda idmançıdır. Azərbaycanı dünyada təmsil edir. 

Xalq artisti Rasim Balayevlə olan bu şəklimiz tədbirlərin birində çəkilib. O bizim ailəvi dostumuzdur. 

Bu, yubileylərimin birində çəkilib. Xalq yazıçısı Anar məni təbrik edir. Bizim Anarla çox tədbirdən şəkillərimiz var. 

Bu şəkildə Mərdəkanda yerləşən bağ evimizdəyik. Övladlarım və nəvələrim birlikdə vaxt keçirmək üçün məni də tez-tez bağa aparırlar. Çox güman ki, çərşənbələrin birində çəkilən şəkildir. Ətrafımdakılar ailə üzvlərimdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Sahib Ələkbərovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM 2 Aprel 2020, 10:21 Prezident sərəncam imzaladı - Yeni nazir müavini TƏYİNATI 2 Aprel 2020, 10:21 Qovaq ağacı kəsdi, cinayət işi başlandı 2 Aprel 2020, 10:16 Qubada xüsusi karantin rejimini pozan şəxslər cərimələndi 2 Aprel 2020, 10:10 Koronavirusa görə devalvasiyaya uğrayan MDB ölkələrinin valyutaları - SİYAHI 2 Aprel 2020, 10:03 Professordan koronavirusa yoluxmaya dair maraqlı AÇIQLAMA: “5%-i ya ölür, ya da…” 2 Aprel 2020, 09:57 Manatın xarici valyutalara qarşı məzənnəsi AÇIQLANDI 2 Aprel 2020, 09:50 Bu virusun dərmanı heç bir ölkədə yoxdursa, Azərbaycana niyə qayıtmalısan? – KİPRDƏKİ AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ 2 Aprel 2020, 09:46 Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi 2 Aprel 2020, 09:40 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 2 Aprel 2020, 09:35 Bələdiyyələr niyə qanuzusuzluq edir? DEPUTATDAN CAVAB 2 Aprel 2020, 09:30 Bu ölkədə bir gündə virusdan ölənlərin sayı 1000-i keçdi - SON STATİSTİKA 2 Aprel 2020, 09:24 Çilinin Argentinadakı konsulu koronavirusdan vəfat etdi 2 Aprel 2020, 09:21 Baş Nazir qərar İMZALADI   2 Aprel 2020, 09:16 ABŞ-da 1200-dən çox insan koronavirusdan ölüb 2 Aprel 2020, 09:10 Türkiyədə zəlzələ oldu 2 Aprel 2020, 09:05 İsrailin Səhiyyə naziri koronavirusa yoluxdu 2 Aprel 2020, 09:00 Dünyanın koronavirus STATİSTİKASI: 823626 yoluxma, 40598 ölü... 2 Aprel 2020, 08:51 Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03