Arxiv
13 Fervral 2019, 01:30 | MEDİA
İlham Əliyev: “Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm”

“Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır".


Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Prezidenti İlham Əliyev Real TV-yə geniş müsahibəsində deyib. Dövlət başçısı daha sonra bildirib:

"Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.

Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq. Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
4219 abonent qazsız qalacaq 18 İyul 2019, 11:10 100 kiloqram yararsız ətin satılmasının qarşısı alındı 18 İyul 2019, 11:05 Ağcabədidə mexanizatorlar üçün təlim keçirilib   18 İyul 2019, 11:00 “Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir 18 İyul 2019, 10:59 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin şəxsi tərcüməçisi YAZIR 18 İyul 2019, 10:44 Nazirlik jurnalistləri Şəkiyə apardı 18 İyul 2019, 10:33 Gömrük Komitəsi iş adamının iddialarını TƏKZİB ETDİ 18 İyul 2019, 10:24 Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş rejimə keçir 18 İyul 2019, 10:15 Cəbhədəki sakitlik bitdi – Ermənistan iriçaplı silahları və snayperləri işə saldı 18 İyul 2019, 09:53 Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb 18 İyul 2019, 09:37 Məmur olmaq istəyənlər sınağa çəkilir 18 İyul 2019, 09:34 Vergilər Nazirliyi sosial reklam hazırladı - VİDEO 18 İyul 2019, 09:20 804 minə yaxın mina və partlamamış hərbi sursat zərərsizləşdirilib - ANAMA 18 İyul 2019, 09:03 Zaur Seyidzadə: “Tezliklə Aliment Fondu yaradılacaq” – MÜSAHİBƏ 18 İyul 2019, 08:58 Azərbaycan jurnalistikasının dörd “muşketyoru”... 18 İyul 2019, 08:45 Manat və dolların bugünkü məzənnəsi 18 İyul 2019, 08:45 Natalia Bourjali: “Bu, Avrasiya məkanında ilk təcrübədir və Azərbaycan modelidir” 18 İyul 2019, 08:30 “Bakıxanovlara həmişə haqsızlıq ediblər” - Məşhur nəslin davamçısı 18 İyul 2019, 08:13 “Vahid Mustafayev çoxdan avtomobil idarə etmir” - ANS Şirkətlər Qrupundan saytlara ETİRAZ 18 İyul 2019, 07:41 Çempionlar Liqasında 1-ci təsnifat mərhələsi yekunlaşdı - Bütün NƏTİCƏLƏR 18 İyul 2019, 07:30 Türkiyənin F-35 proqramında iştirakında problem yaranır 18 İyul 2019, 01:00 “Neftçi”ni çətin oyun gözləyir 18 İyul 2019, 00:44 Sumqayıtda usta  içkidən zəhərləndi 18 İyul 2019, 00:27 Bakıda iki qız itkin düşdü 18 İyul 2019, 00:13 “Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47