Modern.az

“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ

“Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ

20 Aprel 2019, 16:31

“Dəfələrlə həm Soyqırımı abidəsinin, həm də Soyqırımı muzeyinin yaradılması təklif edilib. Lakin bununla bağlı addım atılmayıb”.

 

Bunu Modern.az-a deputat Flora Qasımova söyləyib. O bildirib ki, xüsusilə, Soyqırımı muzeyinin açılmasına böyük ehtiyac var:

“Çünki soyqırımı haqqında abidələr şəhərin müxtəlif yerlərində var. Amma Bakıda muzey yoxdur. Təklif edərdim ki, Şəhidlər Xiyabanının yuxarı hissəsində, Azərbaycan Televiziyası ilə yanaşı, Soyqırım muzeyi yaradılsın.

Mən Qubada yerləşən Soyqırımı muzeyində olmuşam. Həqqiətən, çox informativ, önəmli məlumatlarla zəngin məkandır. Ona görə, düşünürəm, belə bir muzey Bakıda da yaradılmalıdır. XX əsrdə Azərbaycan xalqının başına gətirilən soyqırımıları ümumilikdə orada əhatə olunmalıdır. 1905-1907-ci illərdən tutmuş, əsrin sonunda başımıza gətirilən bütün müsibətlər haqqında orada məlumat verilməlidir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu