Arxiv
25 Aprel 2019, 15:27 | PARLAMENT
Deputatlardan “İçərişəhər”lə bağlı ETİRAZ: “Kimin nə həddi var ki...”

”İçərişəhər” mövzusu medianın və sosial şəbəkələrin gündəmini zəbt edib. “İçərişəhər” Qoruğu ərazisindəki Kiçik Qala küçəsində - Qala divarlarının qarşısında başlanan tikinti işləri vətəndaşlar, xüsusilə də sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb. Hətta oradan çəkilmiş şəkillər sosial şəbəkələrdə paylaşılandan sonra vətəndaşlar 11 may tarixinə Qala divarlarının qorunması tələbilə aksiya təyin ediblər. Artıq bəzi tanınmış simalar bəribaşdan aksiyaya qatılacaqlarını elan ediblər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yerləşdiyi rayonun – Səbailin deputatı Şəmsəddin Hacıyev ”İçərişəhər” mövzusunda Modern.az-a danışıb. O vurğulayıb ki, İçərişəhər qoruq ərazisi olduğundan çox ciddi şəkildə qorunur. Ş.Hacıyevin sözlərinə görə, orada heç kim özbaşına tikinti apara bilməz:

“Bu ərazi, tarixi abidəmiz hətta ölkə rəhbərliyinin nəzarətindədir. İnanmıram ki, kimsə orada özbaşına tiikinti işləri aparsın, hər hansı obyekt ucaltsın. Ora Bakı şəhərinin ən görkəmli yeridir. Bakıya gələn turistlər hamısı İçərişəhərə axın edirlər. Son illərdə isə tamamilə siması dəyişilib, çox gözəlləşdirilib. Davamlı təmir, restavrasiya işləri aparılır. Hər hansı tikinti həyata keçirilsə belə, Qala divarlarına toxunmaq mümkün deyil.

İqtisad Universitetində rektor işlədiyim vaxtda müşahidə etmişdim. Qala divarlarına bitişik tikililər var idi, onlar hamısı söküldü, qala divarları restavrasiya olundu. Çox gözəl görünüş aldı. Təxminən 300-400 metrə yaxın Qala divarı müxtəlif tikililərlə bağlanmışdı, yaxşı görüntüdə deyildi. Prezidentin göstərişi ilə onlar restavrasiya edilib, tarixiliyinə qaytarıldı”.

Deputat onu da əlavə edib ki, İçərişəhərdə hər hansı prosedur aparılanda Bakı Meriyasının peşəkar mütəxəssisləri də iştirak edirlər:

“Abidənin qorunması üçün işlər görülür. Kimin nə həddi var ki, Qala divarlarını söküb dağıtsın?! Meriyanın restavrasiya etmək üçün xüsusi idarəsi var və bu, birbaşa onların nəzarəti altındadır. Orada nə isə tikmək, Qala divarlarına ziyan vermək elə-belə məsələ deyil, buna çox ciddi yanaşılır”.

Deputat Fazil Mustafa İçərişəhər tarixi qoruğuna, Qala divarlarına ziyan vurulmasının əleyhinə çıxış edib:

“Mən İçərişəhərlə bağlı fikrimdə qalıram. Qala divarlarının dağıdılması, tarixi abidəyə hər hansı ziyan vurulması qətiyyən yolverilməzdir. Hesab edirəm ki, bu məsələyə ciddi yanaşılmalıdır. Əgər iddia edildiyi kimi, fotolar köhnədirsə, heç bir ziyandan söhbət getmirsə, ora QHT nümayəndələrini, ictimaiyyət adamlarını, medianı dəvət edib, məsələni aydınlaşdırmaq lazımdır. Bu məsələdə laqeydlik etmək, ictimaiyyətin fikrini ciddiyə almamaq  düzgün deyil”.

Deputat Tahir Kərimli də İçərişəhərlə, tarixi abidələrimizə ziyan vurulması ilə bağlı kəskin mövqedədir. O vurğulayıb ki, millət öz tarixi ilə yaşayır:

“Turistlər gələndə Qala divarlarını göstərib fəxr edirik ki, dövlətçiliyimiz, mədəniyyətimiz, zəngin keçmişimiz var. Bu abidələr dövlətimizin atributlarıdır. Nə dərəcədə manqurt olasan ki, tariximizə bağlı olan abidələrin üzərindən xətt çəkəsən. Tək İçərişəhər deyil, çox yerlərdə kapital, obyekt tikmək xətrinə dəyərli nə varsa dağıdırlar, tamaha görə millətimizin keçmişini qurban verirlər. Elə insanlar var ki, onlar üçün nə dövlət, nə millətin tarixi maraqlıdır, ancaq şəxsi mənfəətlərini düşünürlər. Mən hüquq-mühafizə orqanlarına təklif edirəm ki, məsələni araşdırsınlar. Tarixi abidələrimizlə bu cür davrananlar hüquqi məsuliyyətə cəlb olunmalıdır. Belə hara gedirik?”.

Tahir Kərimli hətta son illərdə İçərişəhərdə həyata keçirilən restavrasiya işlərini də qonayıb:

“Müstəqillikdən sonra İçərişəhərdəki köhnə tikililərin yerinə uyğun olmayan binalar tikməyə başladılar. Axı bu bizim dövlətçiliyimiz birliyimizdir. Sizə bir söz deyim, millətimizin də özünüdərki zəifdir. Nəyə görə içərişəhərlilər icma yaratmırlar? Hamısı yığışıb, bir icma yaratsın, özləri qərarlar qəbul etsinlər, dövlətə təkliflər versinlər. İçərişəhərin qorunmasını müdafiə etsinlər. İçərişəhərdə ictimai özünüidarə olmalıdır, abidə kimi onu qorumalıyıq. Mən əminəm ki, tarixi abidələrimizə əməlli-başlı ziyan vurulur. Üstəlik bu birinci hal deyil. Ona görə, müvafiq orqanların hüquqi məsuliyyət məsələsini ortaya qoymasını vacib hesab edirəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34