Arxiv
15 May 2019, 17:50 |
Gəncənin icra başçısı hesabat verdi

Gəncədə 2019-cu ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr dair hesabat yığıncağı keçirilib. Yığıncaqda Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov iştirak edib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısı sayəsində son illər şəhərin sosial-iqtisadi həyatında bir sıra yüksək göstəricilər əldə olunub. “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq  Gəncədə sənayenin inkişafına yönələn tədbirlər davam etdirilir. Bu istiqamətdə Alüminium istehsalı zavodunun yenidən qurulması və genişləndirilməsi, Gəncə Gil Torpaq zavodunun bərpası, Xalça fabrikinin tikintisi nəzərdə tutulub. Bunlarla yanaşı Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə İdman Sarayının, habelə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində, 2,5 hektar ərazidə 2 mərtəbəli Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının tikintisi davam etdirilir.  O həmçinin vurğulayıb ki, Gəncədə sahibkarlığın inkişafı üçün də geniş imkanlar yaradılır.

 

Yığıncaqda söz alan Gəncə Şəhər İcra Hakimiyyətini başçısının birinci müavini Elnur Rzayev qeyd edib ki, şəhərin Nizami Gəncəvi, Ş.İ.Xətai prospektlərində, Eminbəyli, Təbriz, Ə.Cəmil və digər küçələrində yolların təmiri işləri davam etdirilib, 12 min 411 kv.metr avtomobil yolu,  3 min 400 kv.metrdən çox səki asfaltlanıb, 2 min 700 p/metr beton bort daşları quraşdırılıb. Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində qəza vəziyyətində olan yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə yeni 4 ədəd bir bloklu, 249 mənzilli çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək on mərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib. Şəhərdə olan çoxmənzilli yaşayış binalarından 148-nin dam örtükləri təmir edilib

 

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov çıxışında bildirib ki, hesabat dövrü ərzində şəhərdə idmanın müxtəlif növləri üzrə 19 şəhər birinciliyi və kütləvi idman tədbiri keçirilib. Bu yarışlarda 4 min 350 nəfərdən çox idmançı iştirak edib. 88 nəfər idmançımız 13 Respublika yarışlarında iştirak edib. Nəticədə 19 nəfər birinci, 18 nəfər ikinci, 15 nəfər isə üçüncü yerə layiq görülüb.

 

Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov çıxış edərək, bildirib ki, şəhərin tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində cari ilin əvvəlindən də müəyyən işlər görülüb. 3-cü Dövlət Proqramının icrasının davamı olaraq 200 çarpayılıq Psixiatriya xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların tikintisi davam etdirilir. Bu dövrdə 18 yaşdan yuxarı 215 min 209 nəfər əhalidən 53 min 378 nəfəri tibbi müayinələrə cəlb edilib.

 

Yığıncaqda bildirilib ki, hesabat dövrü ərzində Rayon Məşğulluq Mərkəzlərinə işaxtaran qismində 1 min 33 nəfəri qadın olmaqla, 3 min 695 nəfər vətəndaş müraciət edib. Ötən illər nəzərə alınmaqla işaxtaran vətəndaş kimi qeydiyyatda olanlardan 1 min 496 nəfəri işlə təmin olunub. 

 

Yekun nitq ilə çıxış edən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin Sektor müdiri Vəfadar Bağırov.Azərbaycanın sosial-iqtisadi inkişafından, ölkə rəhbərinin imzaladığı sərəncam və fərmanlardan, qəbul olunan dövlət proqramlarından söz açıb. O bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Bu sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əmək haqqının artırılması deməkdir.  Bununla yanaşı, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2019-cu il 25 fevral tarixli Sərəncamı da əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir.  Prezident İlham Əliyevin göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkədə, o cümlədən Gəncədə aparılan abadlıq-quruculuq işlərinin həcmi genişləndiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fonduna yeni status verildi 24 Sentyabr 2019, 13:01 İnam Kərimov pambıq tarlasında getdi 24 Sentyabr 2019, 12:59 Sabunçudakı tunel tikintisi nəqliyyatın hərəkətinə problemlər yaradıb - FOTOLAR 24 Sentyabr 2019, 12:57 İstanbulda zəlzələ oldu 24 Sentyabr 2019, 12:54 Gəncəlilər problemlərini səsləndirdi, Niyazi Bayramov tapşırıq verdi 24 Sentyabr 2019, 12:54 AzTV-də YENİLİKLƏR olub 24 Sentyabr 2019, 12:48 Sabah hava necə olacaq? - PROQNOZ 24 Sentyabr 2019, 12:47 İlham Əliyev üç səfirin etimadnaməsini qəbul edib 24 Sentyabr 2019, 12:45 Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ 24 Sentyabr 2019, 12:38 Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB 24 Sentyabr 2019, 12:20 Zahid Orucun rəhbərlik etdiyi Mərkəz ilk tədbirə toplaşdı - Dövlət qurumları TƏNQİD OLUNDU 24 Sentyabr 2019, 12:14 Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb” 24 Sentyabr 2019, 12:05 İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu  24 Sentyabr 2019, 11:56 Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “BMW Fest 2019” keçirilib - FOTO+VİDEO 24 Sentyabr 2019, 11:55 Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL 24 Sentyabr 2019, 11:50 Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO 24 Sentyabr 2019, 11:42 İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzü ilə bağlı bəyanat verdi - MƏTN 24 Sentyabr 2019, 11:39 Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR 24 Sentyabr 2019, 11:38 Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR 24 Sentyabr 2019, 11:34 Koreya Respublikasında TƏQAÜDLÜ təhsil imkanı - ELAN 24 Sentyabr 2019, 11:29 AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb 24 Sentyabr 2019, 11:24 “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI 24 Sentyabr 2019, 11:18 Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ 24 Sentyabr 2019, 11:05 İcbari tibbi sığortanın perspektivləri müzakirə olundu 24 Sentyabr 2019, 11:00 Yerevanda keçmiş nazir intihar edib - O, Koçaryanın cinayət işində şahid idi 24 Sentyabr 2019, 10:43 Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq 24 Sentyabr 2019, 10:42 Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ 24 Sentyabr 2019, 10:38 Məmmədyarovun Mnatsakanyanla nəticəsiz qalan Nyu-York GÖRÜŞÜ 24 Sentyabr 2019, 10:37 Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR 24 Sentyabr 2019, 10:23 Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı 24 Sentyabr 2019, 10:17 Bakıda qəzaya düşən avtobusun 82 yaşlı sərnişini öldü   24 Sentyabr 2019, 10:16 Bu yerlərdə qaz olmayacaq 24 Sentyabr 2019, 10:15 Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib 24 Sentyabr 2019, 10:12 ADU-nun Konfutsi İnstitutunun direktoru “Sinxua”ya müsahibə verib 24 Sentyabr 2019, 10:08 Rəsmi Bakıdan Yerevana sərt MESAJ: Əsgərimizi öldürənlər cəzalandırılacaq 24 Sentyabr 2019, 10:07