Bakıda Azərbaycan və Estoniya xarici işlər nazirlərinin görüşü keçirilir.
Modern.az xəbər verir ki, nazir Ceyhun Bayramov Xarici İşlər Nazirliyində ölkəmizdə səfərdə olan estoniyalı həmkarı Marqus Tsaxnanı qarşılayıb.
Qarşılanma mərasimindən sonra nazirlər arasında təkbətək görüş başlayıb.
Görüşdə Azərbaycan-Estoniya ikitərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı gözlənilir.