Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun 4 dəfə azaldılması təklif olunur.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Hazırda məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur.
Layihəyə əsasən, bu məbləğ 25 manata endiriləcək. Beləliklə, müvafiq dövlət rüsumu 75 manat azaldılacaq.
Qanun qəbul ediləcəyi təqdirdə dəyişiklik 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.