Modern.az

Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil

Penitensiar Xidmət təkzib etdi: Cərimə təcridxanasında deyil

Aktual

18 May 2019, 20:32

Bəzi sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Babək Həsənova işgəncə verilməsi, yaxud onun cərimə təcridxanasında saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Modern.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

 

O xatırladıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, B.Həsənov barəsində çıxarılan hökm qanuni qüvvəyə mindikdən sonra, o, istintaq təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

 

Xidmət rəsmisi qeyd edib ki, mövcud qanunvericiliyə uyğun olaraq, hər bir məhkum cəzaçəkmə müəssisəsinə daxil olduqda, o, 14 günə qədər karantində saxlanılmalıdır: “Bu müddət ərzində həmin məhkuma daxili intizam qaydalarının tələbləri, onun hüquq və vəzifələri izah olunur. Həmçinin onunla ayrılmış psixoloqlar və tərbiyəçilər söhbət edirlər. Babək Həsənov da 3 gündür cəzaçəkmə müəssisəsinə daxil olub və karantində saxlanılır. Yəni B.Həsənov cərimə təcridxanasında deyil. Ona qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilməyib. Məhkumun karantin müddəti başa çatdıqdan sonra qanunvericiliyə uyğun qaydada cəzaçəkmə müəssisəsində müvafiq yerlə təmin olunacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi