Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfərin həbs müddəti daha 7 gün uzadılıb.
Modern.az xəbər verir ki, bu barədə "Report"a saxlanılan Azərbaycan vətəndaşı Rəşad İbrahimovun bacısı Türkan Təhməzova bildirib.
Belə ki, gəminin batması nəticəsində Şimali Kiprdə aparılan istintaq çərçivəsində növbəti məhkəmə iclası keçirilib. Növbəti məhkəmə prosesi sentyabrın 25-də baş tutacaq.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb, 239 nəfər xilas olunub. Ölənlərin sayı 15-ə çatıb, itkin düşmüş 13 sərnişinin isə axtarışı davam edir.