Modern.az

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

22 May 2019, 23:47

Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə teatrın direktoru Fərmayıl Paşayev məlumat verib.

Onun sözlərinə görə, aktyor uzun sürən xəstəlikdən sonra 52 yaşında dünyasını dəyişib.

Nağəddin Məmmədov teatrda uzun müddət çalışıb. 2006 cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivallarda iştirak edib.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi