Modern.az

Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI

Mənzildən 60 yaşlı kişinin meyiti TAPILDI

Aktual

26 May 2019, 11:27

Bakıda mənzildən meyit tapılıb. 

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin  "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Sklanoçkin Aleksey Yevgenyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!