Modern.az

Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü

Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü

Aktual

16 İyun 2019, 20:19

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.

 

Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.

 

Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşı, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Lübov Rassıxinadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?