Arxiv
26 İyun 2019, 15:43 | ÖLKƏ
Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır!

Havalar isindikcə, heç kim evdə oturmaq istəmir, axsamlar şəhər gəzintisinə çıxır. Bakıda gəzməyə çoxlu yer olsa da, ən ideal məkan Xəzərin sahilində yerləşən Bakı bulvarıdır desək, yanılmarıq. Paytaxt sakinləri və qonaqlar fürsət tapdıqca, Bakı bulvarını gəzməyə çalışırlar.

Təbii ki, gəzintiyə çıxanlar elə dəniz sahilində çay içmək də istəyir. Ancaq “Milli park”  adlandırdığımız bulvarda çay qiymətləri elədir ki, bəzən bu,  istəyə mane olur. Belə ki, bulvarın pik saatlarında sadə çay tapmaq mümkünsüz məsələyə dönür. Restoran sahibləri sadə çay verməkdən imtina edərək, çayın yanında mürəbbə və şokolad təklif edir ki, bunun da minimum qiyməti 7 manat olur. Bulvardakı bir çox yerlərdə isə sahibkarlar sadə çaya  qadağa qoyaraq, yalnız dəstgahla verirlər. Çay dəstgahının qiyməti isə minimum 20 manatdır. Yəni iki nəfərlə oturub çay içmək 20 manata başa gəlir. Bu vəziyyət yerli sakinlərlə yanaşı, Bakıya gələn turistlərin də narazılığına səbəb olur. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, onlara da bulvarda verilən çayın qiyməti ilə bağlı kifayət qədər şikayət daxil olur:

“Bu, soyğunçuluğun başqa bir formasıdır. Bununla bağlı biz 3 il əvvəl Dənizkənarı Bulvar İdarəsinə rəsmi məktub göndərmişdik. Həmin məktubdan sonra bir müddət qiymətlərə nəzarət olundu, şikayətlər azaldı”.

 

Eyyub Hüseynovun sözlərinə görə, sahibkarlara bu məsələ ilə bağlı müraciət edəndə yüzlərlə bəhanə gətirirlər:

“Amma onların aqrumentləri əsassızdır, bununla turizmə də ciddi ziyan vururlar. Bu məsələ ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hansısa addım atmalıdır, monitorinq keçirməlidir.Təəssüf ki, heç bir ciddi iş görülmür. Bulvarda başladılan bu “soyğuçuluq” ənənəsi xərcəng xəstəliyi kimi şəhərin bir çox yerinə də yayılıb. Artıq bir çox parklarda sadə çay vermək ənənəsi ortadan qalxıb. Çay istəyirsən, yanında mürəbbə, dəstgah gətirirlər. Bəlkə mən istəmirəm, cibimdə 20 manatım yoxdu, nə etməliyəm? Bu məsələyə İqtisadiyyat Nazirliyi ciddi nəzarət etməlidir. İndi elə bir şərait yaradırlar ki, ölkəyə gələn turist bir də gəlmək istəmir. Bütün bu məsələlər bir-birinə zəncirvari bağlıdır”.

 

AİB sədri bildirb ki, sahibkarlıq obyektləri pul qazancaq deyə, istehlakçıların hüququ pozulmamalıdır.


“Biz son zaman şikayətlərin artdığını müşahidə edirik. Bunun üçün Dənizkənarı Bulvar İdarəsinə yenidən rəsmi məktubla müraciət etməyi düşünürük”.

 

Qiymətlərin vəziyyəti ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin də mövqeyini öyrənməyə çalışdıq. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı dedi ki, Milli parkdakı kafe və çayxanaların heç biri Dənizkənarı Bulvar İdarəsinə aid deyil:

“Onlar sadəcə burada ərazidən istifadə edirlər. İctimai iaişə obyekti kimi Bulvar İdarəsinə məxsus deyil. Oradakı qiymətləri də restoranları işlədənlər müəyyən edirlər. Biz sadəcə onlara tövsiyə edirik ki, qiymətlər insanların istəyinə uyğun olsun. Qiymətləri onlar tənzimləyir, ona görə də Dənizkənarı Bulvar İdarəsi hərhansı qiyməti müəyyən etmək səlahiyyətinə malik deyil”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusu bu gündən yeni növ silahlarla təlimə başlayır 12 Noyabr 2019, 08:31 “Konstitusiyası olmayan dövlət müstəqil sayıla bilməz” - Deputat 12 noyabrdan YAZDI 12 Noyabr 2019, 08:23 Milli Məclis bu gün 2020-ci ilin büdcə müzakirələrinə başlayır 12 Noyabr 2019, 08:14 Şəhid övladının ad gününə gözlənilməz hədiyyə - VİDEO 12 Noyabr 2019, 00:46 Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü 12 Noyabr 2019, 00:30 Rusiyanın Patriarxı Bakıya gəlir 12 Noyabr 2019, 00:16 Müstəqil Azərbaycanın 24 yaşlı Konstitusiyası 12 Noyabr 2019, 00:01 SOCAR-dan yanacaqdoldurma məntəqələrindəki sıxlıqla bağlı AÇIQLAMA 11 Noyabr 2019, 23:47 FHN əməkdaşları quyuya düşən inəyi belə xilas etdi - FOTO 11 Noyabr 2019, 23:26 Salyanda qoçun vurduğu 63 yaşlı qadın xəstəxanalıq oldu 11 Noyabr 2019, 23:08 Bəşər Əsədin Moskvada 40 milyon dollarlıq daşınmaz əmlakı 11 Noyabr 2019, 22:46 Qənirə Paşayeva Şimali Makedoniyada Qarabadan danışdı 11 Noyabr 2019, 22:27 250 kiloqramlıq bomba: 13 min insan təxliyə edildi 11 Noyabr 2019, 22:11 Bakıda avtomobil gənc qadını vurdu 11 Noyabr 2019, 21:47 ABŞ hərbçilərinin Suriyada müəmmalı yer dəyişimi - VİDEO 11 Noyabr 2019, 21:34 Putin Merkellə Ukrayna üzərindən qaz nəqlini müzakirə etdi 11 Noyabr 2019, 21:17 Fransada güclü zəlzələ oldu: xəsarət alanlar var 11 Noyabr 2019, 20:58 Prezident və birinci xanım ağacəkmə aksiyasında - FOTOLAR, YENİLƏNİB 11 Noyabr 2019, 20:43 Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı 11 Noyabr 2019, 20:30 Türkiyə əsir götürdüyü İŞİD yaraqlılarını deportasiya edir 11 Noyabr 2019, 20:16 “Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir” - Oleq Kuznetsov 11 Noyabr 2019, 20:02 Goranboyda avtomobil traktorla toqquşub, xəsarət alan var 11 Noyabr 2019, 18:43 Diaspor təşkilatından Bayraq gününə həsr olunmuş VİDEOÇARX 11 Noyabr 2019, 18:00 Azərbaycanın Xarici İşlər Nazirliyi Lavrova CAVAB VERDİ 11 Noyabr 2019, 17:59 Sabirabadda qoyun oğruları tutuldu 11 Noyabr 2019, 17:54 Ankara məktəbliləri Azərbaycan bayrağı hazırladılar - FOTOLAR 11 Noyabr 2019, 17:32 Bakıda 4 otaqlı ev yanıb külə döndü  11 Noyabr 2019, 17:31 Yaponların batırdığı ABŞ sualtı qayığı 75 ildən sonra tapıldı 11 Noyabr 2019, 17:25 MSK bələdiyyə seçkilərinə qatılacaq daha bir partiyanı qeydə aldı 11 Noyabr 2019, 17:13 Bərdədə iki avtomobil toqquşdu - xəsarət alanlar var - FOTO 11 Noyabr 2019, 16:57 “Azəriqaz” rəhbəri narazı sahibkarlarla görüşə getdi - FOTOLAR 11 Noyabr 2019, 16:39 Sabirabadda maskalı şəxslər qadınlara hücum etdi 11 Noyabr 2019, 16:24 Rusiya baş nazirinin oğlu erməni qızla evlənir - FOTO 11 Noyabr 2019, 16:05 Orta məktəblərdə 5 gün dərs olmayacaq  11 Noyabr 2019, 15:18 Lavrov ermənilərin xeyrinə DANIŞDI 11 Noyabr 2019, 15:11