Modern.az

Salyanda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olundu - FOTO

Salyanda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olundu - FOTO

Ölkə

Bu gün, 10:51

22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə Salyan şəhərinin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Modern.az xəbər verir ki, ziyarətdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Onlar Azərbaycan ədliyyə sisteminin formalaşdırılması və inkişafında müstəsna xidmətləri olan dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov hüquq ictimaiyyəti üçün əlamətdar olan ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. Haqqın və ədalətin keşiyində dayanaraq, qanunun aliliyinin təmin olunması işlərində Azərbaycan Ədliyyəsinin nüfuzunu qoruyan, onun adını daim uca tutan Ədliyyə işçilərinə xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə