Modern.az

Kaş o anlarda əlindən tuta biləydim - Tanınmış vəkil qızının ölümü ilə bağlı paylaşım etdi

Kaş o anlarda əlindən tuta biləydim - Tanınmış vəkil qızının ölümü ilə bağlı paylaşım etdi

Ölkə

Bu gün, 22:23

Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğındanbir il ötür.

Modern.az xəbr verir ki, yanğın zamanı həyatını itirənlərdən biri tanınmış vəkil Əli Qəmbərovun övladı idi.

Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov qızı  Arzu Qəmbərli ilə bağlı paylaşım edib:

"Bilsəydim, səninlə daha çox vaxt keçirərdim, qızım… Kaş həmin axşam, həmin gün yanında olaydım. Kaş o anlarda əlindən tuta, səni qoruya biləydim. Amma həyatın və taleyin öz yazısı var imiş. Təəssüf ki, qismətimizə bu ağır ayrılıq düşdü…

Bu gün aradan bir il keçsə də, sən unudulmadın. Əksinə, səni tanıyan, tanımayan o qədər insan var ki, bu gün səni yad edir, adını çəkir, xatirəni yaşadır. Səni sevən, sənin üçün darıxan, yoxluğuna üzülən insanların sayı az deyil. Bütün bunlar bir daha göstərir ki, insanın ömrünün uzunluğu deyil, həyatda qoyduğu iz və insanların qəlbində qazandığı yer önəmlidir.

Bəlkə də dünyada sənin yaşadığın ömrün qat-qat artığını yaşayanlar olacaq. Amma sən qısa ömrünlə elə bir iz qoydun ki, o iz heç vaxt silinməyəcək. Çünki sən unudulacaq bir uşaq deyildin. İnanıram ki, böyüsəydin, vicdanlı, mərhəmətli, mülayim və ədalətli bir insan olardın. Təəssüf ki, həyat sənə bu fürsəti vermədi…

Amma bir şeyi hər kəs bilməlidir ki, sənin ölümünə səbəbkar olanlar, bu faciədə məsuliyyət daşıyanlar layiqli cəzalarını almayana qədər mübarizəmi dayandırmayacağam. Sonadək gedəcəyəm!

Yaşatdıqlarını yaşamadan ölməyəcəklər...

Mən isə sənin qısa ömrünə baxmayaraq, adını, xatirəni və yarımçıq qalan arzularını yaşadacağam.

Ruhun şad olsun, mənim gözəl qızım.

Səni heç nə və heç kim unutdura bilməz.

Görüşənədək, Arzu".

Xatırladaq ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə zamanı 3 nəfər - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı həyatını itirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə