Modern.az

Həkimin bağbanı onun sürücüsünü bıçaqlayıb qaçdı - VİDEO

Həkimin bağbanı onun sürücüsünü bıçaqlayıb qaçdı - VİDEO

Ölkə

Bu gün, 12:05

Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində 74 yaşlı sürücü Həsənağa Həsənov bıçaqlanıb. Hadisəni törətməkdə həmin evdə bağban işləyən Zakir adlı şəxs şübhəli bilinir.

Modern.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə ötən gün qəsəbənin 8-ci dalanında stomatoloqa məxsus fərdi yaşayış evinin həyətində baş verib. Məlumata görə, bağbanla sürücü arasında mübahisə yaranıb. Sürücü bıçaq xəsarəti alıb, şübhəli bilinən şəxs isə ərazini tərk edib.

Hadisədən sonra ev sahibi qonşuları köməyə çağırıb. Qonşulardan biri hadisə yerində gördüklərini belə danışıb:

“Ev sahibi məni çağırdı. Getdim, baxdım ki, qan içindədir. Onu xəstəxanaya aparıblar. Deyirlər, əməliyyat olunub”.

Qonşuların sözlərinə görə, sürücü ilə bağbanın münasibəti yaxşı olub və əvvəllər aralarında münaqişə yaşandığını görməyiblər.

Şübhəli şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə