Modern.az

Bakıda yaşayış binası yandı: 15 sakin təxliyə edildi

Bakıda yaşayış binası yandı: 15 sakin təxliyə edildi

26 İyun 2019, 20:53

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a  verilən məlumata görə, şəhərin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci və 16-cı mərtəbələr arası şaxta boyunca kommunikasiya xətləri 12 p.m yanıb. Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu