Modern.az

Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT

Kreditlərlə bağlı yeni rəsmi MƏLUMAT

Aktual

17 İyul 2019, 09:44

2019-cu il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13198,0 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, onun 10563,2 milyon manatı uzunmüddətli kreditlər olub.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,3 faizini təşkil edib.

 

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il iyun ayının 1-nə 8622,9 milyon manat olub.

 

Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,92 manata, 100 Rusiya rubluna – 2,61 manata bərabər olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir