Modern.az

Azərbaycan millisi məğlub oldu

Azərbaycan millisi məğlub oldu

Aktual

25 Avqust 2019, 19:28

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Modern.az  APA-ya istinadən xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi ikinci görüşünə çıxıb.

Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan baş məşqçi Covanni Kapraranın yetirmələri Hollandiya voleybolçuları ilə mübarizə aparıblar. Matç rəqibin darmadağını ilə yekunlaşıb.

İlk setdə asan qələbə qazanan hollandiyalılar ardınca ciddi müqavimətlə üzləşsələr də, komandamıza set verməyiblər və 3:0 hesabı ilə qalib gəliblər.

Beləliklə, ikinci turdan sonra Hollandiya liderliyə yüksəlib. İlk oyunda Xorvatiyaya qalib gələn Azərbaycan isə 5-ci pillədədir.

Qeyd edək ki, millimiz sabah Macarıstanla üz-üzə gələcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI