Arxiv
12 Sentyabr 2019, 14:49 | ÖLKƏ
Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir

2019-cu ilin 6 ayında ölkədə 8 324 boşanma qeydə alınıb. Rəsmilər boşanma səbəbləri sırasında sonsuzluğun artdığını vurğulayır. Məsələ burasındadır ki, valideynlər qızını ərə verməyincə, oğlunu evləndirməyincə, onda hansısa ginekoloji, androloji xəstəliklərin inkişafından xəbəri olmur. Mütəxəssislər erkən diaqnoz qoyulmasını sonsuzluğun qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

Bəzi valideynlər “qız uşağının ultra səs müayinəsində (USM) nə işi var?", “həkimə apararam, qızımı ginekoloji masaya çıxarar” düşüncəsiylə övladında olan hansısa narahatlıqların müalicəsi üçün həkimdən imtina edirlər. Əgər 13-14 yaşlı övladımızın qaraciyər, böyrək, ürəyində yaranan narahatlıqdan dolayı həkimə aparıb, USM aparatında müayindən keçiririksə, niyə qız uşaqlarının ginekoloji orqanlarının müayinəsindən qorxuruq? Niyə “ayıbdır”, “uşağa ziyan olar” deyib ərə gedəndən sonra “sonsuz” diaqnozu qoyulmasını gözləyirik?...

 

Uşaqların xəstəlik tarixçəsində hər şey qeyd olunmur

 

Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova Modern.az-a bildirib ki, hər yenidoğulan poliklinikada qeydiyyata götürülməli və həkim müayinəsinə cəlb olunmalıdır:


“Həmin uşaq ildə bir dəfə “cek-up” müayinəsinə cəlb edilməlidir. Aşkar olunan xəstəliklər müalicə olunmalıdır. Uşaq 17 yaşına çatanda kartı yeniyetmə kabinetindən böyüklər üçün nəzərdə tutulmuş poliklinikaya verilir. Uşaq davamlı müayinədə olursa, onun kartında bütün xəstəlik tarixçəsi qeyd edilir. İndiki zamanda uşaqlar xəstələnəndə analar onları ya ara həkimlərinə, ya da özəl klinikalara aparırlar. Buna görə də uşaqların xəstəlik tarixçəsini izləmək mümkün olmur”.

 

“Analar qızlarını ərə verəndə xəstəliklərini gizlədir”

 

S.Məmmədova qeyd edib ki, nikah yaşındakı övladında hər hansı xəstəlik olduğunu bilən valideynlər çox vaxt bunu gizlədirlər:


“Nikaha girmək istəyənlər dövlət tərəfindən müəyyənləşmiş məcburi həkim müayinəsindən keçir. Amma valideyn aparıb övladının ürəyini, ağciyərini, qaraciyərini və s. yoxlatdırmır. Hətta övladının xəstə olduğunu bilən də 90 faiz hallarda bunu qarşı tərəfdən gizlədir. “Toyu olsun, sonrasına baxarıq” deyir. Qız da gedir hamilə qalır, ondan sonra baxırsan ki, iş işdən keçib. Ümumiyyətlə, ana çox hallarda ərə verilən qızın hansı ginekoloji problemləri olduğunu bilmir”.

 

Qızın ginekoloqa getməsi...

 

Direktorun sözlərinə görə, sonsuzluq əlamətləri erkən yaşlarda müəyyən ediləndə onu aradan qaldırmaq daha asan olur:

“Qanunla qızlar 14 yaşından başlayaraq, yeniyetmə ginekoloqunun nəzarətində olmalıdır. Ginekoloqa getmək o demək deyil ki, həkim ona hansısa müdaxilələr edəcək. Sadəcə, həkim sual-cavab əsasında, USM vasitəsilə həmin uşaqda ginekoloji problemlərin olub-olmadığını müəyyən edə biləcək. Neqativ hal müəyyən olunanda həmin uşaq qan müayinəsinə cəlb olunmalıdır. Amma edirikmi?”

 

USM qız uşaqlarına zərərlidir?

 

Həkim bəzi anaların “qız uşağını da USM-yə apararlar?”, “USM şüadır, ziyan olar” fikirlərinə də münasibət bildirib:


“Uşağın qaraciyəri, böyrəyi, dalağı ehtiyac olanda ultra səs müayinəsindən keçirilirsə, cinsi orqanlarının müayinəsindən niyə qorxmalıyıq? O da daxili orqandır, yoxlanış zamanı orqana hansısa zərər dəymir. Qızları USM-yə aparanda yeganə tələb bu olur ki, çoxlu maye qəbul etsin, vəssalam. Ginekoloqa getmək o demək deyil ki, onu dərhal stola qaldıracaqlar. Axı kimin nəyinə lazımdır? Həkim qaraciyərinə, böyrəyinə baxdığı kimi, digər orqanlarına da baxacaq. Təəssüf ki, valideynlər bunu bilmir, ya da bilmək istəmir. Odur ki, sonsuzluq diaqnozu qoyulanda əl-ayağa düşürlər”.

 

Sonsuzluq və səbəbləri...

Sonsuzluq - nizamlı şəkildə 1 il cinsi əlaqəyə girilməsinə baxmayaraq, hansısa  qorunma üsulu istifadə olunmdan hamiləliyin gerçəkləşməməsinə deyilir. Gənc cütlüklərdə müalicə üçün gözləmə müddəti daha uzun ola bilər. Lakin qadının yaşı 35 və ondan çoxdursa, müalicə dərhal başladılmalıdır.


S.Məmmədova qeyd edib ki, sonsuzluğun bir neçə səbəbi var:


“Birinci səbəb endokrinoloji, hormonların pozulması sonsuzluğudur. 15-16 yaşında hormon pozğunluğunu müəyyənləşdirib korrektə etmək olar ki, gələcəkdə böyük fəlakətə çevrilməsin. Bunun üçün də qızları elə erkən yaşlarından müayinəyə cəlb etmək vacibdir.

Sonsuzluğun ikinci səbəbi, cinsiyyət üzvlərində anadangəlmə qeydə alınan anomaliyalardır. Erkən müayinə zamanı valideyn biləcək ki, onun qızının uşaqlığı, yumurtalığı inkişaf etməyib və s. Artıq gələcək üçün qarşıya çıxa biləcək problemlərin həllini düşünəcək. Hətta qızı ilə ailə qurmaq istəyən oğlana, ailəsinə də bunu deməlidir, yəni “razısansa al, razı deyilsənsə alma. Aparıb uşağı olmayanda, bədbəxt edib, psixoloji travma verib üstümə qaytaracaqsansa, evlənmə qızımla”.

Üçüncü səbəb, immunoloji səbəbdir. Əgər sağlam xanım, sağlam bəylə ailə qurubsa və bir ildən artıq müddətdə övladı olmursa, onlarda immunoloji uyğunsuzluğunu yoxlayırıq. Amma 90 faiz hallarda sonsuzluğun səbəblərini nikahdan əvvəl müəyyən etmək olar”.

 

10 ailədən 1-i sonsuzdur, süni mayalanma ilə doğanlar bunu gizlədir

 

Mərkəz rəhbəri sonsuzluqla bağlı statistikaya da aydınlıq gətirib:

“İllər boyu dünyada da, ölkəmizdə də sonsuz nikahlar bütün nikahların təxminən 25 faizini təşkil edib. Sadəcə 15 il əvvəl diaqnostika belə yüksək inkşaf etməmişdi, süni mayalanma yox idi. Ona görə də sonsuzluq o qədər də insanların diqqət mərkəzində deyildi. İndi respublikada süni mayalanma həyata keçirilir, avadanlıqlarımız, mütəxəssislərimiz var, klinika-laborator diaqnostikamız yaxşılaşıb. 15 il əvvəldən fərqli olaraq indi sonsuzluq olub-olmadığını ayırd edə bilirik. Əvvəl çoxu həkimə müraciət etmirdi deyə, rəqəmləri də ayırd etmək olmurdu. Amma indi olur ki, ailə qurandan 2-3 ay sonra gəlirlər ki, “uşağım olmur”. Hazırda sonsuzluğun aşkarlanması yaxşılaşıb. Demək olmaz ki, sonsuzluq ilbəil artır. Sadəcə, aşkarlanma və müalicə yaxşılaşıb.

Azərbaycanda rəsmi olaraq hər 10 ailədən 1-i sonsuzluqla bağlı müraciət edir. Amma süni mayalanma ilə uşaq dünyaya gətirənlərin statistikası toplanmır. Kimisi xaricdə elətdirir, kimisi özəl klinikada və s. Onların çoxu uşağının süni mayalanma ilə doğulduğunu bildirmir. Ailə sirri olduğu üçün həkimin bu məlumatları açıqlamağa ixtiyarı yoxdur. Ona görə də biz dəqiq deyə bilmərik ki, nə qədər ailə sonsuzluğa görə müraciət edib, onlardan neçəsi süni mayalanma ilə valideyn olub və s. Biz bu rəqəmləri açıqlaya bilmirik. Çünki pasiyentlər istəmir. Azərbaycan mentaliteti hələ buna hazır deyil. Amma aradan qaldırıla biləcək sonsuzluq aşkarlandıqda qadınların 50 faizi müalicə ilə hamilə qalır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir 26 May 2020, 21:23 Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı AÇIQLANDI 26 May 2020, 21:07 İtaliyada koronavirusdan ölənlərin sayı 32 955-ə çatdı 26 May 2020, 20:58 Bill Qeytsin koronaya qarşı xüsusi vaksini 26 May 2020, 20:42 Masallıda silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT 26 May 2020, 20:26 Sumqayıt yolunda qəza: Yollar bağlandı 26 May 2020, 20:14 Salyanda kanalda meyiti tapılan qadın qətlə yetirilibmiş 26 May 2020, 20:01 Səudiyyə Kralı və vəliəhdi Azərbaycan Prezidentini təbrik etdi 26 May 2020, 19:59 Makrondan İlham Əliyevə: “Fransanın qərəzsizliyinə arxalana bilərsiniz” 26 May 2020, 19:42 MDB ölkələri hökumət başçıları bir araya gələcək 26 May 2020, 19:35 Britaniyada yoluxanların sayı kəskin artdı 26 May 2020, 19:18 Rusiyadan daha 131 azərbaycanlı təxliyə olundu 26 May 2020, 19:00 Avropalı diplomat: Amerika dövrünü Asiya dövrü əvəzləyir 26 May 2020, 18:44 “Azərişıq”ın 3 əməkdaşı güllələndi 26 May 2020, 18:38 Azərbaycanda daha 132 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü 26 May 2020, 18:20 Ülvi Quliyevdən maraqlı paylaşım - VİDEO 26 May 2020, 18:18 Ramil Səfərov təcavüz siyasətinin qurbanıdır - Xarici İşlər Nazirliyi 26 May 2020, 18:05 Vüqar Bayramovun Füzulidə deputat ofisi açıldı 26 May 2020, 17:57 Türkiyədə komendant saatı başa çatır 26 May 2020, 17:46 İŞİD-in İraqdakı lideri öldürüldü 26 May 2020, 17:38 Abşeronda maşın qaçıran şəxs saxlanıldı 26 May 2020, 17:27 Milli Məclisin qarşısında aksiya - Polisdən AÇIQLAMA 26 May 2020, 17:10 Moskvada Qələbə paradı iyunun 24-də keçiriləcək 26 May 2020, 17:01 Azərbaycanda deputat köməkçiləri icra başçılarından çox maaş alır 26 May 2020, 16:50 Deputat Heydər Əliyev Fonduna təşəkkür etdi 26 May 2020, 16:39 Ruhanidən İlham Əliyevə Respublika Günü TƏBRİKİ 26 May 2020, 16:21 İsmayıl Hakkı Karadayı vəfat etdi 26 May 2020, 16:14 Tələbələrimiz beynəlxalq müsabiqənin qalibi olub - FOTO 26 May 2020, 16:10 Pandemiya Almaniya iqtisadiyyatına ağır zərbə vurub 26 May 2020, 16:04 ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir 26 May 2020, 15:55 “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb 26 May 2020, 15:49 Deputatların maaşı artırıldı? - Milli Məclisdən AÇIQLAMA 26 May 2020, 15:38 Qarabağdakı saxta “seçkilər”lə bağlı BTM Baş katibinə MƏKTUB 26 May 2020, 15:32 Umayra Tağıyeva hava dəyişkənliyinin səbəbini açıqladı 26 May 2020, 15:19 Rusiyada eks-nazir koronavirusdan öldü 26 May 2020, 15:09