Arxiv
4 Aprel 2020, 08:59 | MƏDƏNİYYƏT
Tarixdə iz qoyanlar - “AzDrama”nı incidilərək tərk edən Xalq artisti - Hamımızın tanıdığı Simnar xan

Modern.az saytında “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Uşaqlıq  çağlarında  laqeyd  və  hətta  qorxu  ilə  yanaşdığı  teatra  bir  gün vurulacağı  heç  ağlına  belə  gəlməzdi. Onun sənət həyatı bir qorxu ilə bir eşq arasında təcəlli etmişdi... Sonralar qələmə aldığı  “İki  ömrüm  olsaydı...”  xatirə kitabında bu nüansı xatırlayır.

Bu yazımızda görkəmli teatr və kino ustası Əli Zeynalovun maraqlı sənət salnaməsini bir daha vərəqləmək və dahi sənət ustasını  bir daha xatırlamaq istərdik.

Bu gün - 4 aprel tarixi Əli Zeynalovun doğum günüdür.


O, 1913-cü ildə Salyanda, tanınmış pedaqoq Yusif Zeynalovun ailəsində dünyaya göz açmışdı. Yusif Zeynalov yaddaşlarda keçən əsrin 30-cu-40-cı illərində Azərbaycanda tədris olunmuş ilk “Əlifba” kitabının tərtibçisi kimi qalmışdır. Salyanda qardaşı ilə birlikdə həvəskar dram dərnəyi yaratmış Yusif Zeynalov kiçik Əlini də tez-tez tamaşalara baxmağa gətirirdi. Tamaşaların birində atası ilə əmisinin zindana salınması və atasının tapança ilə özünü vurması səhnələri kiçik Əlini bərk qorxudur və o qışqıraraq huşunu itirir. Bu hadisədən sonra atası onu bir daha dərnəyin tamaşalarına apara bilmir.



Orta məktəbi bitirdikdən sonra müəllimlik olan ata sənətini davam etdirmək üçün pedaqoji texnikuma daxil olur. Bu illərdə ədəbiyyata böyük həvəs göstərən Əli Zeynalov ara-sıra kiçik hekayələrdə yazmağa başlayır. Ancaq bir gün hər şey dəyişir. 1928-ci ilin yayı... Texnikumdakı imtahanlarını müvəffəqiyyətlə başa vuran Ə.Zeynalov Biləsuvara, kənd məktəbində direktor işləyən əmisinin yanına dincəlməyə gedir. Burada çoxlu dost tapan gənc Əli onların hazırladıqları Hüseyn Cavidin “Şeyda” pyesində Şeyda rolunun ifasına dəvət olunur. İlk əvvəl çıxışına razılıq verməsə də, daha sonra çıxışı müvəffəqiyyətli alınır və tamaşa uğur qazanır.


Bakıya qayıtdıqdan sonra o artıq son kursda olan dərslərinə soyuq yanaşır. Bunu müəllimlər və tələbə yoldaşları da sezirlər. Gələcəyin müəllimi olacaq gənc Əli içində yeni bir istəyin böyüdüyünü hiss edir. Bu teatr idi. Çıxılmaz vəziyyətə düşən Əli gecə-gündüz teatr haqqında, səhnə haqqında düşünür. Nə qədər çətin olsa da, qohumlar tərəfindən xoş qarşılanmasa da Əli Zeynalov teatr texnikumuna daxil olur. Təbii ki, oğlunun bu uğurunda Yusif Zeynalovun da böyük dəstəyi vardı.


O, pedaqoji texnikumun məzunu kimi təyinat aldığı Bərdəyə getməyə məcbur olur. Ancaq bir gün belə müəllimlik etmədən Bakıya geri qayıdır və teatr texnikumunda təhsilini davam etdirir. Təhsil aldığı müddətdə Hacıağa Abbasov kimi sənət, Hüseyn Cavid kimi söz ustadlarından dərs alır.


1933-cü ildə teatr texnukumunu müvəffəqiyyətlə bitirən Əli Zeynalov Moskva Dövlət Teatr İnstitutunda təhsil almaq imkanı qazanır. Ancaq sənədlər instituta vaxtında çatdırılmadığı üçün qəbul baş tutmur. Rejissorluq üzrə təhsil almaq təklif olunsa da, söhbət əsnasında gənc Əli Zeynalovun aktyorluq peşəsinə nə qədər saf və səmimi hisslərlə bağlandığını görən institutun tədris hissə müdiri ona bir ay müddətində dövlət teatrlarının tamaşalarına baxmaq imkanı yaradır. Boris Şukin, İqor İlinski kimi dövrünün məşhur aktyorlarının oynadığı tamaşaları izləmək onun üçün əsl istehsalat təcrübəsi olur.


Bakıya qayıdan Əli Zeynalov yeni yaradılmış Şəki və Gəncə dram teatrlarında işləyir. 1934-cü ildə isə İrəvan Azərbaycan Dövlət Dram Teatrı tərəfindən dəvət alan gənc aktyor on ildən çox bir dövrdə (1934-1945) bu teatrın səhnəsində Baxşı (“1905-ci ildə”), Seyran (“Namus”), Tomson (“Hind qızı”), Məlik ağa (“Həlqədə”), Səlim (“Cancur Səməd”), Otello (“Otello”) kimi bir-birindən dolğun və dramatik obrazlar yaratmağa nail olmuşdur.


Onun bir aktyor kimi püxtələşməsində görkəmli səhnə ustadı Kazım Ziyanın və eləcə də görkəmli rejissor-pedaqoq Arkadi Burcalovun böyük dəstəkləri olmuşdur. Əli Zeynalov gənc olmasına baxmayaraq, bu teatrda yaratdığı obrazlarla özünün istedadını və bacarığını göstərərək Ermənistan SSR əməkdar artisti adını alır (1939).



Görkəmli aktyor 1945-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrına işləməyə dəvət olunur. Bu dəvətlə istedadlı aktyorun səhnə həyatında yeni bir səhifə açılır. Teatrın repertuarında mühüm yer tutan bir çox tamaşaların baş rollarının əvəz olunmaz ifaçısına çevrilən Əli Zeynalovun ilk rolu Abdulla Şaiqin “Nüşabə” pyesində Uluqbəy olur. Daha sonralar Elxan (“Od gəlini”,C.Cabbarlı), Çingiz (“Eşq və intiqam”, S.S.Axundov), Yanar (“Sən yanmasan”, N.Xəzri”), Hilbert (“Mariya Tüdor”,V.Hüqo), Antoni (“Antoni və Kleopatra”, V.Şekspir), Əhməd Rza (“Qəribə adam”, N.Hikmət), Protasov (“Canlı meyit”, L.N.Tolstoy), Sanço (“Sevilya bərbəri”, L. de Vaqo) və bir çox lirik, dramatik və faciəvi obrazların yaradıcısına çevrilir. Əli Zeynalovun səhnə təcəssümü öz parlaqlığı, gözəlliyi və reallığı ilə həmişə diqqətləri cəlb etmişdir. Məhz, effektiv və gərgin səhnə fəaliyyətinin nəticəsi olaraq aktyor 1964-cü ildə Azərbaycan SSR xalq artisti fəxri adı ilə təltif olunur.  


Görkəmli aktyorun doğma teatr səhnəsində yaratdığı son obrazlardan biri də İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesində Həsənzadə rolu idi. Aktyor bu obrazı sevərək və yaşayaraq yaratmışdı. Məhz, Həsənzadə rolu Əli Zeynalovun timsalında çox uğurlu alınmışdı. Çox təəssüf ki, ürəyi səhnə ilə döyünən bu qürurlu insan otuz ildən çox bir dövrdə çalışdığı sənət məbədini – teatrı incidilərək tərk edir (1975).


Əli Zeynalov bir çox bədii filmdə də yaddaqalan ifalar sərgiləmişdi.  Yəqin ki, yaşlı və orta nəsil kino həvəskarları “Leyli və Məcnun”da Şeyx Haşimi, “Bir qalanın sirri”ndə Simnar xan, “Kölgələr sürünür”də İmamzadə, “Səhər”də Abuzər bəy, “Üzeyir ömrü”ndə Həsən bəy Zərdabi, “Xoşbəxtlik qayğıları”nda professor rollarını xatırlayırlar. Bundan əlavə görkəmli aktyor aydın diksiya, yumşaq və valehedici səs tembri ilə 40-a yaxın filmin dublyaj və mətn səsləndirmə işində iştirak etmişdi.


Böyük səhnədən getməsinə baxmayaraq daim sənətlə yaşayan və nəfəs alan dahi sənətkar 4 yanvar 1988-ci ildə qəlbi əbədi olaraq dayanır.


O, sənətində öz sözünü deməsinə baxmayaq, bir nəsnə hər daim onu düşündürürdü. Görəsən necə oldu ki, bir vaxtlar laqeyd yanaşdığı teatr sənətinə sonradan böyük həvəs və məhəbbətlə bağlandı. Halbuki, böyük sənətkar iki ömrü belə olsaydı, onu yenə də sevdiyi sənətinə qurban vermək istərdi...   

 

Cavid MƏMMƏDLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31 Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”... 1 İyun 2020, 18:23 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 1 İyun 2020, 18:15 Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ 1 İyun 2020, 18:09 Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA 1 İyun 2020, 17:59 İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib 1 İyun 2020, 17:55 Bakı şəhər prokurorluğunun əməkdaşı koronavirusdan ölüb? - Rəsmi CAVAB 1 İyun 2020, 17:52 Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı 1 İyun 2020, 17:47  Azərbaycanlı alim Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi 1 İyun 2020, 17:41 Sağlamlığı haqqında yalan deyən abituriyentlərin nəticələri ləğv olunacaq 1 İyun 2020, 17:38 Azərbaycandakı koronavirus xəstələri danışdı - VİDEO 1 İyun 2020, 17:32