Modern.az

“Evraqi-Nəfisə” arxivlərdən gün işığına çıxarıldı

“Evraqi-Nəfisə” arxivlərdən gün işığına çıxarıldı

Mədəniyyət

Bu gün, 22:06

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlının “Evraqi-Nəfisə” kitabı işıq üzü görüb. Kitab Azərbaycan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və "Azərbaycan Türk Ocağı İctimai" Birliyinin təşəbbüsü ilə çap edilərək, mədəniyyətə və mətbuata vurğun oxucuların ixtiyarına verilib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan 200-dən çox dərginin milli ədəbiyyat və incəsənətin inkişafında böyük rolu olub. Lakin Əliabbas Müznibin təbrincə desək, teatr, ədəbiyyat və mədəniyyət sahəsində görülən uğurları bütün təfsilatı ilə xalqa çatdırmağa ehtiyac var idi. Bu boşluq 1919-cu ilin martında Azərbaycanın ilk peşəkar və ixtisaslaşmış ədəbiyyat-incəsənət məcmuəsi olan “Evraqi-Nəfisə”nin nəşrə başlaması əsasında dolduruldu. Arxivin tozlu rəflərində tarixin yaddaşına həvalə olunan jurnalın yenidən gün işığına çıxarılmasında, A.Aşırlının əməyi böyükdür. Saralmış qəzet səhifələrində əski ərəb əlifbası ilə qələmə alınmış məqalələrin müasir oxucuya çatdırılmasında transliterasiya redaktoru, BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının baş müəllimi Samir Mirzəyevin rolu əvəzsizdir. “Evraqi-nəfisə” jurnalında, məkrli qüvvələr tərəfindən milli kimliyi unutdurulmağa çalışılan xalqa Türk Dünyasının birliyi ideyası aşılanıb. Kitabı oxuduqca, AXC dövrünün zəngin mədəniyyət salnaməsi film səhnəsi kimi gözlərinizin önündə canlanır. Ədiblərin həyat yolu, yaradıcılığı və Azərbaycan tarixində qoyduqları dərin izlər kitabın səhifələrində dolğun şəkildə əks olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!