Arxiv
14 Sentyabr 2019, 15:42 | AKTUAL
Binəqədidə təhsil konfransı keçirilib

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, İlhamə Abdullayeva, Əsgərov millət vəkilləri Aydın Mirzəzadə, Kamaləddin Qafarov, rayonun hüquq-mühafizə orqanlarının və tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Öncə qonaqlar və ali təhsil ocaqlarına yüksək balla daxil olmuş tələbələr Binəqədi Rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılmış  Ulu öndər Heydər Əliyevin heykəli onünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildiriblər.


Konfrans məktəblilərin ifasında Azərbaycan şairi, mütəfəkkir "İmadəddin Nəsimi" nin 650 illik yubileyinə həsr edilmiş bədii səhnəcik ilə başlayıb.


Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Binəqədi rayonunda 2018-2019-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış etdi. Aygün Əliyeva bildirdi ki, təhsil Prezident İlham Əliyev tərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib. Təhsilin inkişafı üçün tələb olunan şərtlərdən biri təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, yüksək səviyyəli təhsil mühitinin yaradılıb.


Hesabat çıxışından  sonra tələbələri təbrik etmək üçün söz 283 saylı məktəbin şagirdi Prezident mükafatçısı Reyhan Camalovaya verilib. Daha sonra  bu il keçirilən dövlət imtahanında yüksək balla ali təhil ocaqlarına qəbul olmuş 284 N-li  tam orta məktəbin məzunu Aliyə Mütəllibova, 313 № li tam orta məktəbin məzunu Əfrəddin Mustafayev, 182 № li  tam orta məktəbin məzunu Ümid Ələkbərov əldə olunan uğurlardan bəhs ediblər.


Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, millət vəkili Aydın Mirzəzadə, Yusif Məmmədəliyev adına Azərbaycan Milli Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya elmləri doktoru, professor Vaqif  Abbasov ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan behs ediblər.


Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev təhsil müəssisələrində məktəblilərin təlim-tərbiyəsi və onların şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla çalışan, öz fənnini dərs dediyi şagirdlərə dərindən sevdirən müəllimlərimiz çox olduğunu bildirib. 


Natiq qeyd edib ki, bu müəllimlərin əsas məqsədləri ondan ibarətdirki, onlar öz tələbələri ilə əməkdaşlıq edə bilir, onları yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirməyi bacarır, şagirdlərdə öz potensial imkanlarına inam yaradır. E.Allahverdiyev onu da qeyd etdi ki, Bbütün sahələrdə olduğu kimi, təhsilimizdə  də, özünün yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən müəllimlərimiz ölkə başçısının qayğı və diqqətindən kənarda qalmayıb. Cənab Prezident İlham Əliyev müəllimlərə xüsusi diqqət və qayğı ilə yanaşır və bu özü də təhsilimizə olan qayğının bir hissəsidir.

Tədbir ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş tələbələrin ifasında “Bu gözəl vətən bizimdir” adlı musiqi hissəsi ilə başa çatıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya əhalisinin real gəlirləri bu il 6% azalacaq 27 May 2020, 16:50 Qərargah indiyədək koronavirusdan sağalanların sayını AÇIQLADI 27 May 2020, 16:35 Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü 27 May 2020, 16:23 Şavkat Mirziyoyev İlham Əliyevi təbrik edib 27 May 2020, 16:16 Britaniyada hicablı müsəlman qadın hakim seçildi 27 May 2020, 15:57 Sərdar Cəlaloğludan ETİRAZ: “Elə bil mənim onlara borcum var, hər imkanı yaratmalıyam” 27 May 2020, 15:48 Jalə Əliyeva: "Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur" 27 May 2020, 15:34 Deputat: Xalq Cümhuriyyəti milli dövlətçilik salnaməmizin şanlı səhifəsidir 27 May 2020, 15:24 ABŞ-da son sutkada 18611 nəfər koronavirusa yoluxub 27 May 2020, 15:15 “Ermənistan hansı həll yolunu seçir: inteqrativ, yoxsa cəzalandırıcı?” 27 May 2020, 15:01 Masallıda koronavirusla bağlı SON VƏZİYYƏT: “Lənkəranla, Cəlilabadla müqayisədə...” 27 May 2020, 14:58 İranda daha 56 nəfər koronavirusdan ölüb 27 May 2020, 14:41 Azərbaycanda 170 min tondan çox ət istehsal edilib 27 May 2020, 14:37 Məktəbdaxili qiymətləndirmələr necə aparılacaq? 27 May 2020, 14:28 17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətiriləcək 27 May 2020, 14:18 BDU-nun şöbə müdiri vəfat edib 27 May 2020, 14:09 Ramil Səfərov kimdir - qatil, yoxsa qəhrəman? 27 May 2020, 13:59 Bu taksi sürücülərinə şəhərlərarası sərnişin daşımağa icazə verilməyəcək 27 May 2020, 13:44 Vladimir Zelenski prezident İlham Əliyevi təbrik edib 27 May 2020, 13:36 Bakının mərkəzində yola qoyulan masa ərazidən götürülüb - FOTO 27 May 2020, 13:28 Naxçıvan istiqamətində GƏRGİNLİK: Düşmən mövqelərini irəli çəkmək istədi 27 May 2020, 13:11 Azərbaycan nefti bahalaşıb 27 May 2020, 13:04 İordaniyanın Kralı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:54 Gürcüstanda restoranlar və ticarət mərkəzləri açılır 27 May 2020, 12:44 Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub 27 May 2020, 12:40 Lənkəranda zəlzələ olub 27 May 2020, 12:39 Bakıda qəza yolda tıxaca səbəb oldu 27 May 2020, 12:28 Millət vəkili 400-ə yaxın gəncə kitab hədiyyə etdi 27 May 2020, 12:21 Estoniyalı həmkarı İlham Əliyevi təbrik edib 27 May 2020, 12:08 Çingiz Qənizadə: "Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyətindədir" 27 May 2020, 11:55 Bakıda mənzildən qadın meyiti tapıldı 27 May 2020, 11:47 Azərbaycanın bu bölgəsində daha 4 nəfər koronavirusa YOLUXDU 27 May 2020, 11:32 Ermənistanda koronavirusa yoluxanların sayı artdı 27 May 2020, 11:25 Şəkidə 1 tona yaxın yaxın çətənə kolu məhv edilib 27 May 2020, 11:07 Ermənistan Futbol Federasiyasının keçmiş prezidenti axtarışa verildi 27 May 2020, 10:58