Modern.az

Vəba 24 can aldı

Vəba 24 can aldı

Dünya

Bu gün, 18:52

Mərkəzi Afrika Respublikasında (MAR) yayılan vəba epidemiyası nəticəsində 24 nəfər ölüb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə və əhali naziri Pyer Somse məlumat verib.

Nazirin açıqlamasına görə, indiyədək ölkədə 197 nəfərdə vəba infeksiyası təsdiqlənib, 24 nəfər isə xəstəlik səbəbindən həyatını itirib. O bildirib ki, ölüm göstəricisi hazırda 12,2 faiz təşkil edir.

Pyer Somse qeyd edib ki, yoluxan şəxslərə zəruri tibbi yardım göstərilir. Onun sözlərinə görə, epidemiyanın əsas ocağı ölkənin cənub-qərbində yerləşən Bimbo və Mbaiki dairələridir. İlk yoluxma faktı isə iyunun 14-də qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, hazırda Afrikanın 14 ölkəsində vəba epidemiyası müşahidə olunur. Ən ağır vəziyyət Konqo Demokratik Respublikasında qeydə alınıb. Burada 2026-cı ilin əvvəlindən etibarən 21 min nəfər vəbaya yoluxub, onlardan 726-sı dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada