Modern.az

Polis 1.3 ton narkotik vasitə aşkarladı

Polis 1.3 ton narkotik vasitə aşkarladı

22 Sentyabr 2019, 20:01

İranın Xuzistan vilayətində polisin keçirdiyi əməliyyat zamanı 1 ton 300 kiloqram narkotik vasitə müsadirə olunub.

Modern.az  yerli mediaya istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbəri Əli Buyeri məlumat verib.

Onun sözlərinə görə, narkotik vasitələrin qaçaqmalçılığının qarşısını almaq məqsədilə vaxtaşırı reydlər keçirilir. Ötən gün polis xüsusi əməliyyat hazırlayaraq şübhəli bilinən məkanlarda axtarışlar aparıb. Əməliyyat zamanı həbs olunanlar var. Polis narkotik vasitələrin İrana gətirilməsi yollarını axtarır. Hazırda istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir