Arxiv
11 Oktyabr 2019, 20:02 | QARABAĞ
“Ermənistan rəhbərliyi öz yalanları ilə erməni xalqını aldatmaqla məşğuldur” – XİN

"Ermənistan xarici işlər nazirinin müavini öz yalanları ilə erməni xalqını aldatmaqla məşğuldur".

Bunu Modern.az-a  Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Xankəndidə keçirilən forumda söylədikləri ilə bağlı cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.


L.Abdullayeva qeyd edib ki, Ş.Köçəryanın beynəlxalq hüququn “xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının Ermənistan Respublikasının təcavüzkar əməlləri ilə dəstəklənən qanunsuz zorakı separatçılıq cəhdləri ilə eyniləşdirməsi tarixi saxtalaşdırmaq və hüquq prinsiplərini yalan əsasında yozmaq deməkdir:

"Hüquq isə yalanı sevmir və beynəlxalq hüquq prinsiplərinin əks olunduğu sənədlər kifayət qədər açıq dildə və aydın şəkildə yazılıb. Əgər Ş.Koçaryanın BMT Nizamnaməsindən, BMT TŞ qətnamələrindən, ATƏT-in Helsinki Yekun Aktından, eləcə də sovet dövründə qanunsuz separatçı meyllərlə bağlı SSRİ Ali Sovetinin qəbul etdiyi qərarlarından xəbəri yoxdursa, o zaman Ermənistan xarici işlər nazirinin müavininə yalnız təəssüf etmək olar.

Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində hazırlanaraq, həyata keçirilən və məhkəmə qərarı ilə təqsirkar bilinən 92 nəfər arasında ermənilərin olduğu Sumqayıt hadisələrinin təhrif edilməsi onu göstərir ki, növbəti dəfə Ermənistan tərəfi öz məsuliyyətini başqasının üzərinə atmağa cəhd edir. Bu gün bölgədəki cari vəziyyətin, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin beşdə birinin hərbi işğal altında olmasının, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində olmasının yeganə səbəbi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi təcavüzkar və ilhaqçı siyasətidir. Münaqişənin həlli üzrə danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında aparılır və aparılan danışıqların əsas prinsipləri və mahiyyəti dəfələrlə həmsədr ölkələri tərəfindən ifadə edilib. Ş.Köçəryanın münaqişənin mahiyyətini və danıqşıqlar prosesini mənasız və əsassız şəkildə təhrif edilməsi cəhdi ucuz erməni təbliğatından başqa bir şey deyildir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baydendən Ərdoğana çağırış 11 İyul 2020, 21:56 Türkiyədə daha  21 nəfər koronavirusun qurbanı oldu 11 İyul 2020, 21:37 Daha bir həkimimiz koronovirusdan ÖLDÜ 11 İyul 2020, 21:18 Koronavirusun yayılması ilə bağlı yeni İDDİA 11 İyul 2020, 21:14 Aqrar sahəyə ayrılan vəsaiti mənimsəyən mütəşəkkil DƏSTƏ YAXALANDI - VİDEO 11 İyul 2020, 20:56 Ədliyyə Nazirliyinin vəzifələri artırıldı 11 İyul 2020, 20:41 Daha  6 472 obyektdə qaydalar pozuldu 11 İyul 2020, 20:28 Şəmkirdə mikroavtobus aşıb: xeyli sayda yaralı var 11 İyul 2020, 20:15 Koronavirusa yoluxan şöbə müdirindən XƏBƏR VAR 11 İyul 2020, 20:09 Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı BAŞ TUTMADI 11 İyul 2020, 19:59 Bölgədə artan gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərindədir - XİN 11 İyul 2020, 19:50 “Neftçi”nin sabiq vitse-prezidenti koronavirusdan ÖLDÜ 11 İyul 2020, 19:44 Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatlıq ödənişlə qarpız alıb təpikləyən barədə AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər virusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43