Modern.az

Gəncədə yasda zəhərlənmə oldu - YENİLƏNİB

Gəncədə yasda zəhərlənmə oldu - YENİLƏNİB

Hadisə

Bu gün, 19:52

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.

Modernaz xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

 

İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.

***

19:19

Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb.

Modern.az-ın məlumatına görə, təxminən ona yaxın şəxs zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib.

Onların arasında azyaşlılar da var.

N. Rüstəmova (1962)

A. Teymurlu (1986)

İ. Məmmədov (2017)

Z. Hüseynova (2015)

U. İsyaev (2020)

B. Əliyeva (1963)

S. Hüseynova (1987)

M. İsmayılova (1983)

(Report)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR