Modern.az

Rusiyadakı imkanlı azərbaycanlılara Qarabağ çağırışı - VİDEO

Rusiyadakı imkanlı azərbaycanlılara Qarabağ çağırışı - VİDEO

Qarabağ

4 İyul 2026, 18:10

Rusiyada yaşayan imkanlı azərbaycanlılar Qarabağa investisya qoysunlar.

Modern.az xəbər verir ki, bunu sabiq deputat  Vahid Əhmədov "MediaTürk TV"də Heydər İsmayılın apardığı "Gündəm Masada" verilişində qonaq olarkən deyib.

"Azərbaycanlıların bir hissəsi geri qayıdırlar. Hazırda Qarabağda kifayət qədər iş imkanları mövcuddur. İstəyənlər gəlib Qarabağa investisya yatıra bilərlər. Əmək fəaliyyəti ilə məşğul olmaq üçün imkanlar mövcuddur. Bizim də buna ehtiyacmız var. Qarabağı tikmək, düzəltmək tək dövlət hesabına mümkün deyil axı. Quruculuq üçün əlavə 100 milyardlarla vəsaitə ehtiyac var. Rusiyadakı imkanlı şəxslərin vəsaitlərini ora yox, gətirib Qarabağa qoyaraq, biznes sahibi olmaq kimi imkanları mövcuddur".

 

      

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!