Modern.az

Haluk Levent SAXLANILDI

Haluk Levent SAXLANILDI

Dünya

12 İyul 2026, 17:32

Türkiyədə "Ahbap" Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində qurumun rəhbəri, tanınmış müğənni Haluk Levent haqqında saxlanılma qərarı verilib.

Modern.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata əsasən, qərar İstanbul Baş Prokurorluğunun "Ahbap" Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı araşdırma çərçivəsində qəbul olunub.

Bildirilir ki, prokurorluq tərəfindən dərnəyin fəaliyyəti, həmçinin kibertəhlükəsizlik və maliyyə əməliyyatları ilə bağlı başladılan istintaq hazırda davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!