Arxiv
15 Oktyabr 2019, 12:21 | AKTUAL
Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” adlı şeirlər toplusu Ankarada nəşr olunub.

 

Modern.az-ın məlumatına görə, “Kaspi” təhsil şirkətinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirilən layihə çərçivəsində nəşrə hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilib.

 

“Sanki bir alovsan” şeirlər toplusu Türkiyənin nüfuzlu “BENGÜ” yayınları brendi ilə oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi ilə işıq üzü görən bu nəşrlər türk dünyasının görkəmli yazıçı və şairlərinin əsərlərini təqdim edir.

 

Qeyd edək ki, indiyədək Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Daşkənddə özbəkcə, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi sırayla” kitabı Moskvada rusca, Minskdə Belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb. Bundan başqa, şairənin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və digər şeirləri təkcə yuxarıda adları çəkilən kitablarda yox, həm də müxtəlif ölkələrdə zaman-zaman dərc olunan ədəbiyyat jurnalları və qəzetlərində poeziyasevərlərə təqdim edilib.

 

Ankarada nəşr olunan “Sanki bir alovsan” nəşrinin redaktoru AzərTac-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər doktoru Sabir Şahtaxtıdır. Şeirlər tanınmış tərcüməçi, yazıçı Mətin Yıldırım tərəfindən Anadolu türkcəsinə uyğunlaşdırılıb.

 

“Sanki bir alovsan” şeirlər toplusunun ön sözündə oxuyuruq: “Leyla xanım həm rəsm, həm də şeir yaradıcılığında təbiət hadisələri ilə bağlı həssas hisslər nümayiş etdirir, özünün həyata real baxışlarıyla zəngin təxəyyülü arasında həzin bir harmoniya yarada bilir. Şairənin seçdiyi həssas mövzular və nümayiş etdirdiyi bədii təxəyyül oxucunu hədsiz duyğulandırır”.

 

“Türk poeziyasında yeni bir ruh” sərlövhəli ön sözdə Leyla xanımın poeziya yaradıcılığı ilə dünya şöhrətli nasirlərin bədii əsərlərində rast gəlinən maraqlı ifadə oxşarlıqları müqayisəli şəkildə diqqətə çatdırılır. Məsələn, “Zaman” adlı şeirində şairə zamanın sürətli axarı barədə düşüncələrini cilalanmış ifadələrlə, incə çalarlarla təsvir edə bilib. Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyn məşhur “Çərpələng uçuran” əsərində zamanın sürətli axarından gileylənərək yazır: “Kaş ki, zamanı durdura bilərdim”. Leyla Əliyeva isə zamanın çay kimi dayanmadan axmasından, həyatın sürətlə dəyişməsindən narahatlığını belə ifadə edir:

Zaman, ayaq saxla, dayan bir anlıq,

Dayan, gözlə məni, sözümü dinlə.

Hara tələsirsən? Gizlətmə danış,

Bölərəm sirrimi mən də səninlə.

Ürək, zaman, sevgi, gözəllik və digər mövzularda yazdığı şeirlər müəllifi poeziya səltənətinin axarına qoşaraq sonsuzluğa doğru aparır. Leyla xanım öz düşüncə və duyğularını oxucuya çox səmimi və poetik bir dildə çatdırır. Misralardakı səmimiyyət sanki sapa düzülərək bir-birinə yol açır, özündən sonrakı ifadənin yoluna işıq tutur, nur ələyir. “Bakı” şeirində olduğu kimi:

Qərib ölkələrdə xatırlayarkən,
Olur ki, tökürəm göz yaşı səssiz.
Səni dərk etmədən, heyran qalıram...

Əgər dərk etsəm mən, dözmərəm sənsiz.

Ümumiyyətlə, Leyla xanımın toxunduğu bütün mövzular oxucunu duyğulandırır. O, poetik ustalıqla dünyaya boylanaraq, bütün qitələri, meşələri, dağları, çayları dolaşaraq istədiyini axtarır, hiss və duyğularını məharətlə ifadə edərək oxucularla səmimi ünsiyyət yaradır. İdeallıq, təmizlik, paklıq axtarışı Leyla xanımın poeziya yolunda işıqlı bir xətdir və onun bütün yaradıcılığında aydın görünür.

“Sanki bir alovsan” Leyla Əliyevanın indiyədək ən çox şeirinin toplandığı kitabdır. Heç şübhəsiz ki, şairənin türk ictimaiyyətinə ilk dəfə təqdim olunan şeirlər toplusu qardaş ölkədə həm poeziyasevərlərin, həm də bəstəkar və qiraətçilərin diqqətini cəlb edəcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyacan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20 Şəhid adından istifadə edən dələduz pul yığır - FOTO+VİDEO 20 Noyabr 2019, 17:11 “Nar” abunəçilərini arzuolunmaz mesajlardan necə qoruyur...   20 Noyabr 2019, 17:06 2019-cu il Azərbaycanda gələn turist sayına görə rekord vuracaq 20 Noyabr 2019, 17:02 Milli Qəhrəmana “Cümhuriyyətin 100 illik yubileyi” medalı verildi - FOTO 20 Noyabr 2019, 16:50 Azərbaycandan gedənlərin SAYI 20 Noyabr 2019, 16:43 Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı” 20 Noyabr 2019, 16:36 Doqquz ayda 46898 nikah, 12713 boşanma... 20 Noyabr 2019, 16:35 Bu il Azərbaycanda 72 üçəm, 4 dördəm doğulub 20 Noyabr 2019, 16:20