Modern.az

Samboçumuz dünya çempionatında medal qazandı

Samboçumuz dünya çempionatında medal qazandı

8 Noyabr 2019, 19:45
Bu gün Cənubi Koreyanın Çanqcu şəhərində sambo üzrə keçirilən dünya çempionatına start verilib.
 
 
Modern.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan Emil Həsənov bürünc medal qazanıb.

 

Nəsimi Umbayev (-52 kq) və Nizami Məmmədov (-90 kq) isə medal qazana bilməyib.

 

Qeyd edək ki, millimiz Uzaq Şərq ölkəsinə beş idmançı ilə yollanıb. Eyvaz Baxşıyev (-57 kq) və Fuad Məmmədov (-62 kq) isə mübarizəyə daha sonra qoşulacaq. Dünya çempionatı 10 noyabrda başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir