Modern.az

Füzulidə Dövlət Bayrağı günü qeyd olundu

Füzulidə Dövlət Bayrağı günü qeyd olundu

Aktual

9 Noyabr 2019, 09:10

Horadiz şəhərindəki Bayraq meydanında  9 noyabr  Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə tədbir keçirilib.


Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, N saylı hərbi hissənin əsgər və zabitləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanın. 

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev  9 noyabr dövlət bayrağı günü münasibəti ilə iştirakçıları təbrik edib. 

Prezident  İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə “Azərbaycan Respublikasının Dövlət Bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzaladığını xatırladan Alı Alıyev qeyd edib ki, bayraq hər bir dövlətin mövcudluğunun simvolu, azadlığının rəmzidir.
“Dövlətin varlığını, fəxarətini, tarixini, milli mənsubluğunu, dəyər və mənəviyyatını özündə cəmləşdirən atributudur. Dövlətin tarixi, mübarizə əzmi bayraqla tanınır, bayraqla ucalır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı, respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir. Füzuli rayonunda Horadiz şəhərində də Dövlət Bayrağı meydanı inşa olunub, Bayraq Muzeyinin tikintisi isə başa çatmaq üzrədir”. 

Alı Alıyev bildirib ki, hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyada özünə layiqli yer tutduğunu vuğulayan Alı Alıyev Azərbaycan bayrağının isə dünyanın ən möhtəbər təşkilatlarında, beynəlxalq konfranslarda və idman yarışlarında qururla dalğalandığını diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən digər natiqlər 09 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd olunmasını əlamətdar bir hadisə olduğunu vurğulayıblar, müstəqillik rəmzimiz olan Dövlət Bayrağımızın yaranması tarixindən danışıblar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub