Arxiv
5 mart 2012, 09:17 | MEDİA
ATV-nin yeni siması Alidə Mustafayeva: “Hərdən özümü tanıya bilmirəm” - MÜSAHİBƏ

Modern.az saytı telejurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu dəfə əməkdaşımızın suallarını Azad Azərbaycan Televiziyasının (ATV) “Son xəbər” proqramının yeni siması Alidə Mustafayevadır. 

- Alidə Mustafeyava,  “Son xəbər”in yeni siması.... Bir az özünüzü tanıda bilərsiniz?

- 1987-ci il avqust ayının 30-da Bakıda bəy nəslindən olan ziyalı ailəsində dünyaya gəlmişəm. 2004-cü ildə 5 saylı orta məktəbi, 2008-ci ildə isə Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər və amerikaşünaslıq ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm.  

- Təhsilinizi Azərbaycan Dillər Universitetində almısınız, oxuduğunuz ixtisas üzrə irəliləmək əvəzinə jurnalistikanı seçməyinizin səbəbi nə oldu?

- Jurnalistika mənim hər zaman sevdiyim, maraq göstərdiyim peşə olub. Hətta universitetə qəbul üçün ixtisas seçimində də birinci jurnalistika, ikinci hüquq, üçüncü amerikaşünaslığı yazmışdım və qismət elə gətirdi ki, Amerikaşünaslıq fakültəsinə daxil oldum. Amma peşəmi sevirəm, diplomatiya da məni özünə çəkir.

- ATV-yə gəlişiniz necə oldu?

- Öncə onu deyim ki, hətta məktəb illərindən nədənsə hiss edirdim ki, nə vaxtsa ATV-də “Xəbərlər”i aparacam. Bir əminlik var idi içimdə. Və beləliklə, ATV-yə gəlişim 2009-cu ilin dekabrın 7-nə təsadüf etdi.

- Bildiyimiz qədər əvvəllər ATV-nin digər departamentlərində işləmisiniz. Bir az bu barədə ətraflı danışa bilərsiniz?

- Seçimlərdən sonra “Bizim səhər” verilişinə stajor verildim. 2010-cu il fevralın 27-də ilk dəfə “Binaların tarixi” rubrikası ilə efirə çıxdım. Amma yenə də “Xəbərlər”i fəth etmək arzusu ilə yaşayırdım.

- Bəs “Xəbərlər” redaksiyasına gəlməyinizə səbəb nə oldu? Neçə müddətdir “Son xəbər”dəsiniz?

-
Mən hər zaman incəsənət və siyasətin marağında olmuşam. Yəqin ki, “Xəbərlər”ə gəlişim də buradan qaynaqlanır. 2010-cu il sentyabrın 17-də “Xəbərlər” departamentinə keçdim və ilk efirim 27 sentyabr tarixində radiodan başladı.

- Buradakı mühit sizi qane edirmi? Kollektivdən, müdiriyyətdən razısınız?

- Mən bu mühitdə yalnız inkişafa doğru gedirəm. Çünki hər saatın tamamında radio efirinə çıxmaq və radionun efir blokunu özümüzün yığmağı hər cəhətdən bizi inkişaf etdirir. Hələki kiminləsə ciddi problemim olmayıb.

- Elə olubmu ki, efirdə yol verdiyiniz səhvlər sizə bağışlanılmasın və sərt şəkildə danlanasınız?

-
2011-ci ilin 20 iyun tarixindən efirə çıxıram. Bu günə kimi hələ bir dəfə də olsun efirdə yol verdiyim hansısa səhvə görə sərt danlanmamışam. Amma geyimlə və qrimlə bağlı bəzi iradlar bildirilib. Hesab edirəm ki, bu aparıcı üçün o qədər də böyük qüsur deyil. Məncə, aparıcının nitqində qüsur varsa, bu çox çətinliklə düzəlir, bəlkə də heç vaxt düzəlməz. Yəni ən çox irad geyimlərim, istifadə etdiyim aksesuarlar və yaxud elə oturma, belə otur kimi fikirlərlə bağlı olub. Sərt baxışım və əllərimi yumruq kimi sıxıb tutduğum üçün də çox iradlar qəbul etməli oldum. Gördülər yox ey, xeyri yoxdur...
Bütün hallarda məsuliyyətli insanam. Bu, hər sahədə özünü göstərir...

- Efir məkanında hər aparıcının başına maraqlı hadisələr gəlir, bunları siz də yəqin yaşamısınız. Bir-iki maraqlı fakt deyə bilərsiniz?

- Efirdə hər zaman əlimdə qələm olur. Bir dəfə o qələmi necə sıxdımsa hər əlimdə bir hissəsi qaldı. Bir dəfə də oturacaqda problem olmuşdu. Mən xəbəri təqdim edə-edə aşağı endiyimi hiss etdim. Çox belə hallar olur. Canlı efirdi axı...

- Digər telekanallarda xəbərləri izləyirsinizmi? Necə fikirləşirsiniz “Son xəbər”i onlardan fərqləndirən hansı xüsusiyyətdir?

- Vaxtım olanda izləyirəm. “Son Xəbər” dünyada və ölkədə baş verənləri şərhsiz, olduğu kimi çatdırır. Burada hər hansı jurnalist marağı, şəxsi maraq naminə yanaşma tərzi yoxdur. Bu isə tamaşaçı tərəfindən müsbət qarşılanır.

- Ümumiyyətlə Azərbaycan telekanallarında informasiya proqramlarını necə qiymətləndirirsiniz?  Sizcə onlar tamaşacıya lazım olan məlumatları lazımi səviyyədə çatdıra bilirlər?

- Rəqabət var. Ona görə də hər zaman inkişaf da olacaq.

- Fevralın 17-də “Son xəbər”in ad gününü qeyd etdiniz. Necə fikirləşirsiniz, 9 yaşlı redaksiyada öz yerinizi müəyyənləşdirə bilmisiniz?

- Bəli, gec də olsa, bütün həmkarlarımı bu münasibətlə təbrik edirəm. Bu gün yerimdən razıyam. Amma təbii ki, yerimdə saymaq fikirində də deyiləm. Çünki məqsədim inkişafdır.

- Sizcə xəbər aparıcısını digərləndirən fərqləndirən xüsusiyyətlər nədir? Xəbər aparıcısı necə olmalıdır?

- Xəbər aparıcısı çatdırdığı hər bir xəbəri yaşamalıdır. Xəbər aparıcısı həm də ciddi olmalıdır.

- Alidə Mustafayeva şən, deyib-gülən, yoxsa özünə qapanan, ciddi insandır?

- Çox fərqli dəyişkən xüsusiyyətə malikəm. Hərdən çox şən, deyib-gülən, hərdən də çox ciddi və sərt ola bilərəm. Hətta bəzi vaxtlar olur ki, özümü tanıya bilmirəm.

- Hansı telejurnalistə pərəstiş edirsiniz, yəni elə bir insan varmı?

- Xüsusi olaraq kiməsə pərəstiş etmirəm.

- Hobbiniz nədir? Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

-
Musiqi dinləmək və kitab oxumaq hobbimdir. Boş vaxtlarımda isə şopinq etməyi də xoşlayıram.

- Çox zaman televiziyada işləyənlər elə burada da ailə həyatının yarılarını tapırlar. Sizdə bu hələ müşahidə edilmir?

- Aha, deyəsən gəldik əsas məsələyə… Yox, əsla, mənim ailə quracağım şəxs televizyadan olmamalıdır, tamamilə başqa sahədən olmalıdır.

- Gələcəkdə öz ixtisasınız üzrə işləmək haqqında fikirləşmisiniz?

- Aparıcılığı atmaq fikrim yoxdur. Amma diplomatiya sahəsinə də baş vurmaq niyyətim var. Buna isə zaman lazımdır.

 

 

 

 

 

 

 

 


Aytən ƏLİYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi 2 mart 2021, 01:00 Baş Qərargah Paşinyanı ittihamlara son qoymağa çağırdı 2 mart 2021, 00:47 Gəncədə qadın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi 2 mart 2021, 00:33 “Ağ Şəhər yalnız ağ adamlar üçün”dür? - Agentlikdən açıqlama 2 mart 2021, 00:19 Bu gün Od çərşənbəsidir 2 mart 2021, 00:05 İlham Əliyevin mətbuat konfransı Gürcüstan KİV-lərində 1 mart 2021, 23:56 İnstaqramda yeni funksiya yaradılır 1 mart 2021, 23:41 Türkiyədə bir gündə 69 nəfər virusdan öldü 1 mart 2021, 23:27 Paytaxtda daha bir bıçaqlanma 1 mart 2021, 23:19 Bir başqa 26 fevral... 1 mart 2021, 23:11 “Dəyişikliklər nə gülməli, nə də ağlamalıdır” - Deputat 1 mart 2021, 23:03 Ermənistan Dağlıq Qarabağdan vaz keçib - ŞƏRH 1 mart 2021, 22:54 Ərdoğan ləğv olunan qadağaları açıqladı 1 mart 2021, 22:49 Bakıda yanğın - 25 nəfər təxliyə olundu 1 mart 2021, 22:35 Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü - VİDEO 1 mart 2021, 22:28 Çin KİV-ləri İlham Əliyevin vaksinlə bağlı fikirlərindən yazdı 1 mart 2021, 22:15 Qasparyanın qızından Paşinyana cavab: “Fərari” 1 mart 2021, 22:01 Bakıda qadın bıçaqlandı 1 mart 2021, 21:47 “Qarabağ bəyanatına zidd hər hansı addım böyük faciəyə səbəb ola bilər” - Valentina Matviyenko 1 mart 2021, 21:33 Gürcüstan COVAX-ı məhkəməyə verə bilər 1 mart 2021, 21:18 Paşinyan ən böyük satqının adını AÇIQLADI 1 mart 2021, 21:04 BMT ilə Azərbaycan arasında yeni əməkdaşlıq sazişi imzalandı - FOTO 1 mart 2021, 20:53 Qazilərin müalicəsi üçün İsraildən həkim heyəti gəldi - FOTO 1 mart 2021, 20:45 Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılacaq 1 mart 2021, 20:34 Sarkisyan ordunu hakimiyyətin üzərinə qaldırır - Paşinyandan eks-prezidentə ittiham 1 mart 2021, 20:25 Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı 1 mart 2021, 20:11 Vilayət Eyvazovdan yeni təyinat 1 mart 2021, 20:04 Azərbaycanda zəlzələ olub 1 mart 2021, 19:45 Ermənistanda referendum keçiriləcək - Paşinyandan ANONS 1 mart 2021, 19:37 Azərbaycan Belarusla hərbi əməkdaşlığı müzakirə edib 1 mart 2021, 19:16 Paşinyan erməni xalqından ÜZR İSTƏDİ 1 mart 2021, 19:10 Soydaşlarımız Almaniya Bundestaqını Xocalı soyqırımını tanımağa çağırıb 1 mart 2021, 18:54 Prezident oğlunu işdən azad etdi 1 mart 2021, 18:51 Xocalı Soyqırımı dünya mediasında 1 mart 2021, 18:39 Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb 1 mart 2021, 18:36