Modern.az

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ 

Azərbaycan tarixinin ən böyük imperiyasının XƏRİTƏSİ 

Media

Bu gün, 18:15

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Nadir şah Əfşarın İmperiyası (1736-1747)” adlı xəritə paylaşıblar.

Modern.az xəbər verir ki, bu xəritə “Azərbaycan tarixi atlası”na (baş redaktor: akademik Yaqub Mahmudov), “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə” atlasına (elmi redaktor: akademik Yaqub Mahmudov) daxil edilib.

“Paylaşdığımız xəritənin müəllifi tarix elmləri doktoru, professor Tofiq Mustafazadədir. Dahi Azərbaycan sərkərdəsi Nadir şahın yaratdığı Əfşar İmperiyasının sərhədləri Dərbənddən Türküstanın və Hindistanın içərilərinə, Hind okeanı sahillərinə qədər uzanırdı. Bu, Azərbaycan tarixinin ən böyük imperiyasıdır. Azərbaycan tarixinin ən uzunömürlü imperiyası isə 235 il mövcud olmuş Səfəvi İmperiyasıdır (1501-1736)”, - deyə tarixçilər bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!