Tanınmış jurnalist Kamil Həmidovun rəhbərlik etdiyi Etikxeber.az saytı 10 yaşına çatıb.
Modern.az xəbər verir ki, jurnalist Etikxeber.az-ın ona övladları qədər əziz və doğma olduğunu vurğulayıb.
Kamil Həmodov bildirib ki, ötən 10 ildə Etikxeber.az saytını kimsədən dəstək və yardım almadan təkbaşına yaşadıb.
“Bəlkə də yaş, il etibarı ilə elə də böyük müddət deyil. Amma əslində həm də bu 10 il az zaman da deyil. Bu 10 ildə dövlət, xalq, millət, toplum, elə media olaraq nələr yaşanmadı, nələr yaşamadıq...
Bəlli, maliyyə-iqtisadi çətinliklər səbəbindən Etikxeber.azı-ı ölkənin ən reytinqli, ən üzdə olan saytlarından birinə çevirə bilmədim. Etiraf edirəm. Amma bir təsəllim, bir üstünlüyüm, bir fərqim o oldu ki, Etikxeber.az-ı əttökən şou-biznesdən, millətimizin əxlaqını, dəyərlərini korlayan ucuz, bambılı xəbərlərdən, ən əsası intriqalardan, oyunlardan, kompromatlardan uzaq tuta bildim. Bu sayt kimsənin olmadı, özümün, öz istədiyim sayt oldu...”
Sayt rəhbərinin sözlərinə görə, xüsusilə, son 6 ilə yaxın müddət ərzində Etikxeber.az Şəhidlərimizin təbliğatçısına, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi İştirakçılarının ruporuna, tribunasına çevrildi.
“Bu məsələdə tam səmimiyyət və məsuliyyətimlə deyirəm ki, Etikxeber.az nömrə1-dir. Mənə də elə bu bəs edər...”
K.Həmidov deyib ki, bundan sonra da kimsənin dəstəyi olmasa belə, yenə Etikxeber.az-ı yaşadacaq, imkan verməyəcək ki, sıradan çıxsın...
“Sayt yenə də şəhid ailələrinin, qazilərin tribunası olaraq qalacaq. Və yaşadığı müddətdə də öz sifəti, siması olacaq. Oyunbazlardan kənarda dayanacaq!!!”
K.Həmidov dəbdəbəli yubiley təbdiri keçirə bilməməsinin onun üçün faciə olmadığını qeyd edib.